Barron Tramp Respublikaçıların Milli Konvensiyasına Floridadan nümayəndə olub...
Keçmiş prezident Donald Trampın kiçik oğlu Barron Tramp Florida ştatının Respublikaçıların Milli Konvensiyasına nümayəndə seçilib.
Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi ştatın Respublikaçılar Partiyasının lideri Evan Paueraya istinadən məlumat yayıb.
Evan Paueranın sözlərinə görə, 18 yaşlı Barron Tramp Floridadan milli qurultayda iştirak edəcək 41 nümayəndədən biri olacaq. Bu qurultayda Respublikaçılar Partiyası atasını rəsmi olaraq ştat üzrə prezidentliyə namizəd kimi irəli sürməyi planlaşdırır.
Kiçik Donald Tramp, Erik Tramp və Trampın kiçik qızı Tiffani də iyulun 15-dən 18-dək Miluokidə keçiriləcək qurultayda Florida nümayəndə heyətinin tərkibindədir.
Qeyd ediılir ki, Barron Tramp 18 yaşını yenicə doldurub.
Poliqon.info