Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MKİ Ukraynaya “Şimal axını”nı partlatmamaq üçün xəbərdarlıq edib…

Hollandiya hərbi kəşfiyyatından xəbər aldıqdan sonra MKİ hücumdan aylar əvvəl “Şimal axını”nı partlatmaamqla bağlı rəsmi Kiyevə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Hollandiya və Almaniyanın mətbu orqanalrının birgə araşdırmasına əsasən, Hollandiya Hərbi Kəşfiyyat Xidməti (MIVD) Hollandiya və Almaniya hökümətlərinə iyun ayında Ukraynadakı adı açıqlanmayan mənbədən əldə etdikləri gizli məlumatı çatdırıb. Məlumata əsasən “Şimal axını” boru kəmərinə hücum “qaçılmaz” olaraq dəyərləndirilib. Hollandiya kəşfiyyatı bu barədə məlumatı hadisənin baş verməsindən 3 ay əvvəl əldə edib

MİVD-nin əldə etdiyi plana əsasən, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı yelkənli qayıqla səyahət edən kiçik dalğıc qrupunun həyata keçirdiyi “Şimal axını” borukəmərinə qarşı əməliyyata şəxsən rəhbərlik edib. Daha sonra Hollandiya kəşfiyyat orqanları bubarədə ABŞ kəşfiyyatını məlumatlandırıb.

Politico yazır ki. MKİ öz növbəsində Ukraynadan bu əməliyyatı ləğv etməyi tələb edib. Lakin Kiyev geri addım atmayıb.

Həmçinin The Wall Street Journal qəzeti də adı açıqlanmayan mənbələrə istinadən yazır ki, MKİ Kiyevi “Şimal axını”na hücumdan çəkindirməyə çalışıb.

İddialara görə, ABŞ kəşfiyyatı ilkin olaraq Ukraynanın kəşfiyyat xidmətlərinin Baltik dənizində partlayıcı maddələrin yerləşdirilməsini tələb edən hücumu həyata keçirmək qabiliyyətinə şübhə ilə yanaşıb.

“Buna baxmayaraq, MKİ ötən ilin iyununda Ukrayna parlamentinə hücumun yolverilməzliyi barədə xəbərdarlıq edib”, deyə WSJ yazır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay