Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğanın Bakı səfəri... - Regionda marağı olan digər ölkələrə hansı mesaj verildi?

Türkiyə prezidentinin Bakı səfəri bir çox baxımdan diqqət çəkir...

Politoloq: “İlham ƏliyevRəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri Türkiyə Azərbaycan əlaqələrinin daha da güclənməsinə töhfə verir”.

“Ankara Bakıya qarşı edilən bir çox təzyiqin bloklanmasında ən böyük paya sahibdir”.

Bu sözləri politoloq Turan Rzayev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini Poliqon-a şərh edərkən qeyd edib.

Yenidən prezident seçildikdən sonra Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri bir çox baxımdan diqqət çəkir. Bildiyimiz kimi rəsmi Ankara Bakının strateji hərbi siyasi tərəfdaşı və müttəfiqi olmaqla yanaşı, həm də Cənubi Qafqazda köklü maraqlı olan ölkələrdəndir.

Ərdoğanın bu səfəri regionda marağı olan digər ölkələrə hansı mesajı verir və bundan sonrakı Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf səviyyəsi ilə bağlı nə demək olar?

Türkiyə-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Ərdoğanın Azərbaycana səfəri zamanı müzakirəsi ehtimal edilən məsələlərdən biri də Bakının separatçılara qarşı başlada biləcəyi ehtimal antiterror əməliyyatlarıdır”.

Türkiyənin siyasi və mənəvi dəstəyinin hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldığını düşünən politoloq qeyd edib ki, bu mənada İkinci Qarabağ müharibəsində əldə edilən zəfər həm də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirilə bilər:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ilk rəsmi səfərini Azərbaycana etməsi gözlənilirdi. Belə ki, o bundan öncə də seçkilərdə qalib gəldikdən sonra ilk rəsmi səfərini Azərbaycana etmişdi. Bənzər formada Azərbaycan Prezidenti İlham Əliyev də prezident seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə edib. Türkiyə və Azərbaycan prezidentlərinin ilk səfərlərini bu formada təşkil etməsi onların timsalında bərqərar olan bir dövlətçilik ənənəsindən xəbər verir.

Ümumiyyətlə, ölkələr arasında həyata keçirilən səfərlərin təsnifatında, ilk sırada ali səviyyə xarakteri daşıyan dövlət səfərləri dayanır. Ondan sonra rəsmi səfərlər, rəsmi işgüzar səfərlər, işgüzar səfərlər, qonaq səfərləri və şəxsi səfərlər gəlir.

Dövlət səfərləri məhz xüsusi protokol qaydaları ilə, diplomatik mərasimlərlə müşayiət olunur. Burada əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası dostluq və əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir.

Turan Rzayev: “Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Azərbaycanın həssaslığını nəzərə alır, eyni qaydada rəsmi Bakı da proseslərdən Ankaranı məlumatlandırır”.

Bu gün Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan tək hərbi müttəfiqidir. Bundan başqa iki ölkə arasında istər daxili məsələlərdə, istərsə də beynəlxalq arenada nümayiş etdirilən mövqe eynilik təşkil edir.

İlham ƏliyevRəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri Türkiyə Azərbaycan əlaqələrinin daha da güclənməsinə töhfə verir. Misal üçün 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin və şəxsən Rəcəb Tayyib Ərdoğanın Azərbaycana verdiyi siyasi dəstək, səsləndirdiyi bəyanatlar Ankaranın ən yüksək səviyyədə verdiyi dəstək hesab edilə bilər. Təsadüfi deyil ki, Ankara Bakıya qarşı edilən bir çox təzyiqin bloklanmasında ən böyük paya sahibdir.

Bundan başqa Türkiyə istehsalı PUA-ların Azərbaycana daha münasib qiymətə satılması bu PUA-ların istifadəsi üçün kadrların hazırlanması prosesində Türkiyənin dəstəyi önəmli idi.

Nəticə etibarilə Azərbaycan özü öz hərbi gücü ilə öz torpaqlarını işğaldan azad etdi. Türkiyənin siyasi və mənəvi dəstəyi isə hadisələrin gedişatına kənar məkrli qüvvələrin müdaxiləsinin qarşısını aldı. Bu mənada İkinci Qarabağ müharibəsində əldə edilən zəfər həm də Türkiyə və bütün türk dünyasının tarixi qələbəsi kimi qiymətləndirilə bilər.

Məlumdur ki, Türkiyə mövcud Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesini yaxından izləyir və mütəmadi olaraq Bakı-Ankara arasında bu məsələyə dair məsləhətləşmələr, fikir mübadilələri aparılır. Necə ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Azərbaycanın həssaslığını nəzərə alır, eyni qaydada rəsmi Bakı da proseslərdən Ankaranı məlumatlandırır. Vaşinqton və Ankara arasında bu məsələyə dair pərdəarxasında başqa danışıqların getməsi də istisna deyil.

Turan Rzayev: “Bir çox məsələlər Bakıya antiterror əməliyyatlarına başlamaq üçün uyğun geosiyasi vəziyyətin yarandığını göstərir”.

Ərdoğanın Azərbaycana səfəri zamanı müzakirəsi ehtimal edilən məsələlərdən biri də Bakının separatçılara qarşı başlada biləcəyi ehtimal antiterror əməliyyatlarıdır. Azərbaycan geosiyasi vəziyyəti nəzərə alaraq bir müddətdir ki, bu prosesi təxirə salıb. Lakin bununla belə əməliyyatların keçirilməsi aktual olaraq qalır.

Azərbaycan münbit geosiyasi vəziyyət yaranan qədər gözləmə mövqeyində qalsa da, bu gün gözlənilən vəziyyət tam olaraq yetişib.

Ərdoğanın Türkiyə prezident seçkilərində qələbə qazanması, İsrail-Səudiyyə Ərəbistanı münasibətlərinin yenidən normallaşmağa başlaması, İran Talibal gərginliyi, Ukraynanın əks hücum əməliyyatlarına başlaması kimi məsələlər Bakıya antiterror əməliyyatlarına başlamaq üçün uyğun geosiyasi vəziyyətin yarandığını göstərir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Bakıda qadın sevgilisinə görə dörd uşağını küçəyə atdı

Ən çox oxunanalar