Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərdimizə dərman olmaq yerinə, səhhətimizə bəla olan saxta ədviyyatlar

Ədviyyat adı ilə mağazalardan aldığımız məhsulların əslində başqa bitkilər olduğundan çoxumuz xəbərsizik. Xüsusilə də ucuz qiymətə təklif olunan ədviyyatlarda bu cür hallara daha çox rast gəlinir.

Eyni zamanda, ədviyyat alanda əksəriyyətimiz hansı büdcəmizə uyğundursa, gözə xoş gələndirsə, onu almağa çalışırıq. Lakin keyfiyyətli ədviyyatın qiyməti olduqca bahadır. Ancaq yoxlamadan, bilmədən aldığımız sarıkök, darçın, zəfəran, zəncəfil, bibər və s. orqanizmdə gözlənilməz xəstəliklərə yol açır.

Bəzən müəyyən narahatlıqlarımızı aradan qaldırmaq üçün də təbii yolla, yəni ədviyyat istifadə etməklə həllinə can atırıq. Amma bilmirik ki, bu ədviyyatlar nəinki bizə dərman olur, əksinə səhhətimizdə olmayan fəsadlar yaradır.

Bəs, əsl ədviyyatları saxtasından necə ayırd etmək olar?

Bizim.Media-ya açıqlamasında qida məsələləri üzrə ekspert Ağa Salamov bununla bağlı bir neçə nüansa aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, ədviyyat alarkən qiymətə və markaya diqqət yetirmədən hər qarşımıza çıxan məhsulu alsaq, başa düşməliyik ki, bu, saxta ədviyyatdır:
“Ədviyyatlar çox vaxt alanda keyfiyyətsiz çıxır. Ən yaxşı ədviyyat isə ən yaxşı marka və ən ucuz olmayanlardır. Məsələn, zəfəranı gedib kiloqramını absurd dərəcə ucuz aldıqda başa düşmək lazımdır ki, bu artıq zəfəran deyil, aspir bitkisidir. Təmiz zəfəranın isə qızıla bərabər qiyməti var”.

Ağa Salamov məhsulun saxta olub olmadığını anlamaq üçun onu test üsulları ilə yoxlamağı və əmin olmadan məhsulu almamağı məsləhət görür:

“Məsələn, sumağa toxunduğumuz zaman əlimizə qırmızı rəng çıxarsa və ya 1 stəkan ilıq suya 1 çay qaşığı sumaq əlavə edərkən suyun rəngi qırmızı olarsa, demək ki, ona rəng qatılıb.

Zəfəran adı ilə bəzən bazarda aspir bitkisi satılır. Zəfəran alarkən həm qiymətinə, həm də kök qisminə diqqət etmək lazımdır. Əsl zəfəran ucuz satılmır və kök qismi (ağ qismi) kəsilir. Onun kök qisminin ağ olduğuna görə rəngvermə xüsusiyyəti yoxdur. Bəzən işbazlar çəkiyə ağırlıq qatmaq üçün kök qismini kəsib atmır.

Pul bibərə də rəng qatılır, bunu bilmək üçün 1 fincan ilıq suya 1 ç/q pul bibəri asta-asta əlavə edirik. Əgər suya qırmızı rəng çıxdısa, demək ki, rəng qatılıb. Keyfiyyətli pul bibər fincanın dibinə çökməlidir”.(oxu.az)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Ən çox oxunanalar