Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Quliyev: “Son illər sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin transformasiyasını müşahidə edirik”

“Son illər biz sərhəd təhlükəsizliyi ilə bağlı təhdidlərin müəyyən transformasiyasını, transsərhəd cinayətinin yeni növ və formalarının meydana çıxmasını, coğrafiyasının genişlənməsini müşahidə edirik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

Onun sözlərinə görə, bu, öz növbəsində, sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün yeni yanaşma və həll yollarının axtarışı və tətbiqinin aktuallığını şərtləndirir.

“Bu baxımdan, gedən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsinə kompleks və səmərəli yanaşma beynəlxalq terrorizm, separatizm, transsərhəd cinayətlər, o cümlədən qeyri-qanuni miqrasiya, narkotik vasitələrin və digər qadağan olunmuş materialların qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitədir”, - E.Quliyev vurğulayıb.

Poliqon.info


Etiket: Elçin Quliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar