Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Münbit şəraitin əldən verilməsi yeni müharibəyə səbəb ola bilər” - Zaur Məmmədov

Qarabağdakı separatçılar sülh prosesinin pozulması üçün bütün imkanlarını səfərbər edir...

Politoloq: “Son günlər biz AzərbaycanErmənistan sərhəddindən də daha çox Qarabağın dağlıq hissəsində olan rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə olan erməni separatçılarının sülh danışıqlarına xələl gətirmək üçün əllərindən gələni etdiklərinə şahidik”.

Azərbaycan-Ermənistan sərhəddində Azərbaycanın lazım gələrsə, istənilən addımların ata bilməsinin mümkünlüyü və bunun beynəlxalq ictimaiyyət tərəfindən normal qarşılaşacağı heç kimdə şübhə doğurmur”.

Bu sözləri politoloq Zaur Məmmədov Azərbaycanla Ermənistan arasında yaranan gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

AzərbaycanErmənistan şərti sərhəd boyunca zaman-zaman gərginlik yaşanmaqdadır. Son günlərdə müntəzəm olaraq mövqelərimizin atəşə tutulması, müşahidə edilən təxribatlar belə bir qənaət yaradır ki, Qarabağdakı separatçılar sülh prosesinin pozulması üçün bütün imkanlarını səfərbər edir.

Tərəflərin aktiv sülh müzakirələr içində olmasına baxmayaraq, hələ də bölgədə müharibə riski qalırmı?

Mövzunu Poliqon-un əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Birmənalı şəkildə qeyd etməliyik ki, hazırda Qarabağ erməniləri tərəfindən Ermənistan hakimiyyətinə təzyiq edilir”.

Azərbaycanın sülhün əldə edilməsi üçün yaxın zamanlarda razılığın əldə edilməsinin tərəfdarı olduğunu bir daha xatırladan politoloq Poliqon-a açqıqlamasında vurğulayıb ki, əks təqdirdə, bu imkanın əldən verilməsi yeni müharibə demək olacaq:

“Son günlər biz AzərbaycanErmənistan sərhəddindən də daha çox Qarabağın dağlıq hissəsində olan rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə olan erməni separatçılarının sülh danışıqlarına xələl gətirmək üçün əllərindən gələni etdiklərinə şahidik. Bu həm atəş səslərinin eşidilməsi, həm də Xankəndindən gələn bəyanatlarla özünü göstərməkdədir.

Bu kontekstdə əlbəttə, birmənalı şəkildə qeyd etməliyik ki, hazırda Qarabağ erməniləri tərəfindən Ermənistan hakimiyyətinə təzyiq edilir. Eyni zamanda Ermənistan hakimiyyəti də vaxtı uzatmaq üçün danışıqlar prosesinə yeni ifadələr qatır. Son Kişinyov görüşündə də, biz bir daha bunun şahidi olduq. Gözlənilən odur ki, Brüsseldə də Nikol Paşinyan bu trendi davam etdirəcək.

Unutmaq olmaz ki, zaman gedir. Sadəcə olaraq, indi həm Azərbaycan, həm də Ermənistan üçün çox münbit bir şəraitdir. Bu münbit şəraitin əldən verilməsi isə yeni müharibəyə, eyni zamanda Ermənistan dövlətçiliyinin təkcə Azərbaycan tərəfindən yox, Rusiya tərəfindən də sual altında qoyulmasına gətirib çıxara bilər.

Zaur Məmmədov: “Artıq Xankəndinin Azərbaycan şəhəri olması və bunun qəbul edilməsi heç kəsdə şübhə doğurmur”.

Çox gərgin bir prosesdir. Amma biz görürük ki, bu proseslərdə Azərbaycanın dünyadakı siyasi, iqtisadi imici yüksəlməkdədir. Təsadüfi deyil ki, cənab prezidentin Laçın rayonunda Qarabağ ermənilərinə və seperatçılara səslənən çıxışı böyük əksər liderlər, siyasətçilər tərəfindən yüksək qiymətləndirilir. Biz ABŞ Dövlət Departamentində, Avropa İttifaqının Şarl Mişel qismində bu kimi məsələlərə müsbət qiymət verdiklərini və alqışladıqlarını görmüş olduq.

Belə olan təqdirdə, artıq Xankəndinin Azərbaycan şəhəri olması və bunun qəbul edilməsi heç kəsdə şübhə doğurmur. Azərbaycan-Ermənistan sərhəddində Azərbaycanın lazım gələrsə, istənilən addımların ata bilməsinin mümkünlüyü və bunun beynəlxalq ictimaiyyət tərəfindən normal qarşılaşacağı heç kimdə şübhə doğurmur.

Bütün bunlara baxmayaraq Azərbaycan yenə də humanist davranır. Biz istəyirik ki, sülhün əldə edilməsi üçün tərəflər arasında yaxın zamanlarda razılıq əldə edilsin. Əks təqdirdə, bu imkanın əldən verilməsi yeni müharibə demək olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay