Şənbə, 03 İyun 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya Rusiyanın dondurulmuş aktivlərini geri qaytarmayacaq...

Moskva Ukraynaya dəymiş ziyana görə kompensasiya ödəməyə razı olana qədər Böyük Britaniya Rusiyanın dondurulmuş dövlət aktivlərini qaytarmayacaq...

Poliqon xəbər verir ki, bunu Böyük Britaniya rəsmilərinə istinadən The Guardian qəzeti yazıb.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın hakimiyyət orqanları Avropa İttifaqından olan həmkarları ilə birlikdə Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsi imkanını müzakirə edir, lakin bu məsələ ilə bağlı hələlik qərar qəbul edilməyib. Hakim Mühafizəkarlar Partiyasının bəzi üzvləri, müxalif Leyboristlər Partiyasının nümayəndələri və Ukrayna hökuməti Rusiyanın Böyük Britaniyada 26 milyard funt-sterlinq (indiki məzənnə ilə 32 milyard dollar) dəyərində qiymətləndirilən aktivlərinin tam müsadirə edilməsinin və münaqişədən sonra ölkəni bərpa etmək üçün onları birbaşa Kiyevə köçürülməsinin tərəfdarıdır.

Eyni zamanda, nəşrin vurğuladığı kimi, alternativ, “hüquqi baxımdan daha az riskli” strategiya Qərbdə getdikcə populyarlaşır. Ona görə, Rusiya Ukraynaya kompensasiya ödəməyə razılaşana qədər Qərb ölkələri Rusiya aktivlərini saxlayacaqlar. "Guradian" əlavə edib ki, Britaniya hökuməti beynəlxalq maliyyə sistemini iflic edəcək və Böyük Britaniyaya qarşı əks tədbirlərə səbəb olacaq presedent yaratmaqdan ehtiyat edərək, Rusiya Mərkəzi Bankının krallıqda yerləşdirilmiş vəsaitlərini müsadirə etmək öhdəliyindən imtina edir.

Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsi ekspertlər səviyyəsində Ukraynanın müharibədən sonrakı bərpası məsələsini müzakirə edib. Oksford Universitetinin beynəlxalq ictimai hüquq üzrə professoru, beynəlxalq hüquq üzrə ixtisaslaşan Antonios Tzanakopoulos, Rusiyanın dövlət aktivlərinin müsadirə edilməsinin, onların dondurulmasından fərqli olaraq, beynəlxalq hüququn pozulması olacağını müdafiə edib. Onun fikrincə, aktivlərin dondurulması qərarı müvəqqəti olmalıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı Firuze kimdir? - Video

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Araik Xocalıda Azərbaycan polisinə təhvil verilə bilər?...

Rusiyanın Belarus planı: Lukaşenkonun yerini kim tutacaq?

Binəqədi Su Kanal idarəsində Əmiraslanov sultanlığı: ölümə gətirib çıxaran idarəçilik

Kişinyov görüşü nə qədər səmərəli oldu? - Tərəflərin susqunluğu nədən xəbər veirir?..

Ən çox oxunanalar