Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mövlud Çavuşoğlu: "Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir"

"Türkiyə-Azərbaycan münasibətləri dünya üçün bir nümunədir".

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, münasibətlərin bu yerə gəlib çatmasında Prezident İlham ƏliyevRəcəb Tayyib Ərdoğanın birlikdə atdığı addımların payı böyükdür:

"Əlbəttə, təbii bağlar da var. Keçmişdə münasibətlərə dəstək olan hər kəsi hörmətlə yad etməmiz vacibdir. Heydər Əliyev də eyni şəkildə "Bir millət, iki dövlət" deyib. İki ölkə arasındakı əlaqələrin güclənməsi üçün bir tərəfdən çox önəmli addımlar atıb, digər tərəfdən də yol göstərib. Hazırda həmin yolda irəliləyirik. Atatürkün dediyi kimi, "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir". Bu gün həmin sözlərlə liderlər səviyyəsində önəmli addımlar atdıq. Qardaşlığımız möhkəm, siyasi əlaqələrimiz mükəmməldir. Artıq tək şəxsiyyət vəsiqəsi ilə vətəndaşlar rahat şəkildə gediş-gəliş edə bilirlər".

Nazir xatırladıb ki, iqtisadi baxımdan Türkiyə-Azərbaycan tərəfdaşlığı daha da artır:

"Qarabağ azad ediləndən sonra Azərbaycanın hərtərəfli inkişafına dəstək olmağa çalışırıq. Azad edilən ərazilərdə hava limanlarının rəsmi açılışlarına qatıldıq. Əlaqələrimiz mükəmməldir. Seçkilərdə qələbə qazansaq, iki ölkə arasındakı əlaqələri daha da genişləndirmək üçün önəmli addımlar atacağıq. Hədəfimiz təkcə Azərbaycanla əlaqələrin gücləndirilməsi deyil, eləcə də Türk dünyasının bağlarının gücləndirilməsidir".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

UEFA Avropa Liqası:  "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb    

Ən çox oxunanalar