Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əkin sahələrinin azalması hansı problemləri yaradacaq?

Həm su qıtlığı, həm də stimullaşdırıcı tədbirlərin az olması fermerləri həvəsdən salır...

2023-cü ilin yanvar-aprel aylarında cəmi 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8% azalma deməkdir.

Əkin sahəsinin azalması birbaşa məhsul istehsalının kiçilməsinə əsas verir. Bu da ölkəmizin ərzaq təhlükəsizliyi üçün yaxşı heç nə vəd etmir.

Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bizim.Media”ya açıqlamasında problemin səbəblərini sadalayıb:

“Pambıqçılıqdan başqa digər kənd təsərrüfatı sahələrinə dövlət dəstəyi kifayət qədər aşağıdır. Üstəgəl, ciddi su problemi var. Bu problem də həll edilməyib. Ona görə də fermerlər hər il əkin əkib qazanmaq əvəzinə ziyana düşürlər. Bu minvalla fermerlərin əkin-biçinə marağı azalır.

Nəticədə, əkin dövriyyəsi ilbəil azalır.

Təəssüf ki, təkcə əkin sahələri azalmır, həm də heyvandarlıq hər ötən il geri gedir. Bunun da bir səbəbi stimullaşdırıcı tədbirlərin azlığı, digər səbəbi isə ölkədə su təminatının bərbad vəziyyətdə olmasıdır. Ölkənin iqtisadi imkanları ilə yaşadığımız su problemləri arasında tərs mütənasiblik var. Bu qədər iqtisadi resurslara malik bir ölkədə suyun problem olması sadəcə inanılası məsələ deyil”.

Akif Nəsirli onu da qeyd edib ki, həm su qıtlığı, həm də stimullaşdırıcı tədbirlərin az olması fermerləri həvəsdən salır:

“Yerli istehsal azaldıqca idxal artır. Təsadüfi deyil ki, bu ilin birinci rübündə kənd təsərrüfatı məhsullarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artıb. İdxalın artması isə ölkənin ərzaq təhlükəsizliyinə çox ciddi təhdidlər yaradır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar