Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sinan Oğanın həyat yoldaşı kimdir?

Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 faizdən artıq səs toplayaraq seçki üçüncüsü olub...

Poliqon onun və ailəsi haqqında bəzi məlumatları təqdim edir.

1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olub.

ATA İttifaqının namizədi Sinan Oğan 14 may seçkilərində əsas fiqurdur. Hamı ikinci turu həyəcanla gözlədiyi bir vaxtda biz də siyasətdən bir qədər uzaqlaşmaq qərarına gəldik və Sinan Oğan və Gökçen Oğan cütlüyünün haqqında bəzi məlumatlar əldə etdik.

Gökçen Oğan Ankaralı bir ailənin qızıdır. İbtidai, orta və lisey təhsilini Ankarada başa vuran Gökçen Qazi Universitetinin Beynəlxalq Əlaqələr fakültəsini bitirib. Universitetdən sonra "Şanxay əməkdaşlıq təşkilatı və regional əməkdaşlıq təşəbbüsləri” adlı dissertasiya işi ilə magistr dərəcəsini tamamlayıb. Təhsilini başa vurduqdan sonra Avrasiya Strateji Araşdırmalar Mərkəzində (ASAM) işləməyə başlayıb. Bir çox araşdırma mərkəzinin Avrasiya məsləhətçisi olan Gökçen Oğanın "Şanxay Əməkdaşlıq Təşkilatı” adlı kitabı da var.

Oğan cütlüyünün Zeynep və Göktürk adlı iki övladı da var.

Sinan Oğan və Gökçen Oğanın sevgisi son zamanlar sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılır və onların münasibəti insanlar tərəfindən xoş qarşılanır. (azxeber.com)

Polioqn.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Ən çox oxunanalar