Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşçiyə fərdi əmək mübahisəsi halında belə əməkhaqqının gecikməsinə görə ödəniş ediləcək - Qərar

İşçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər...

Konstitusiya Məhkəməsi işçiyə fərdi əmək mübahisəsi zamanı belə əməkhaqqının gecikməsinə görə ödəniş edilməsi halı ilə bağlı qərar qəbul edib.

Bakı Apellyasiya Məhkəməsi bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib və Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsini istəyib.

Qəbul olunan qərarda deyilir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.

Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi,hüququnun pozulduğunu aşkar etdiyi gündən bir il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Ən çox oxunanalar