Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan ictimaiyyəti rus ordusunun Qarabağdan çıxmasını səbirsizliklə gözləyir” - Millət vəkili

Rəsmi Kreml, sülhməramlıların Qarabağı tərk etməməsi üçün hər yola əl atır...

Millət vəkili: “Azərbaycan ictimaiyyəti səbirsizliklə gözləyir ki, 2025-ci ildə Rusiya sülhməramlı qüvvələri özlərinin imzaladıqları sənədə hörmətlə yanaşacaq və ərazini tərk edəcəklər”.

Azərbaycanın bu məsələ ilə bağlı prinsipial və qətiyyətli mövqeyi var”.

Bu sözləri millət vəkili Elman Nəsirov Qarabağda yerləşən rus sülhməramlılarının fəaliyyətini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Rəsmi Kreml, sülhməramlıların Qarabağı tərk etməməsi üçün hər yola əl atır. Onların törətdikləri bütün təxribatları da 2025-ci il Prezident seçkilərinə qədər Qarabağda qalmaq niyyətinə yönəlib.

Bəs Rusiya sülhməramlıları daha beş il Qarabağda qalsalar proseslər hansı istiqamatə cərəyan edə bilər?

Rusiya sülhməramlılarının Qarabağda vaxtı bitəndən sonra yaranacaq vəziyyəti Poliqon-un əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Elman Nəsirov: “Rusiya sülhməramlıları maksimum 5 il Qarabağda fəaliyyət göstərə bilərlər”.

Bir çox hallarda Rusiya sülhməramlılarının fəaliyyətindən Azərbaycan ictimaiyyətinin narahatlıqları olduğunu xatırladan millət vəkili vurğulayıb ki, onlar çox zaman sülhməramlılara aid olmayan fəaliyyət həyata keçirirlər:

“Əvvəla onu qeyd edim ki, 2020-ci il məlum 10 noyabr sənədində Rusiya sülhməramlıların Qarabağda fəaliyyətinin müddəti dəqiq göstərilib. Yəni, sənəddə yazılıb ki, rus sülhməramlıları 5 il Qarabağda qalacaq. Eyni zamanda sənəddə o da qeyd edilib ki, tərəflərdən hər hansı biri etiraz etməzsə, sülhməramlıların Qarabağda qalmasının daha 5 il uzadılması baş verə bilər.

Amma bütövlükdə Rusiya sülhməramlılarının orada daha 5 il müddətində qalacağı ilə bağlı qəti mövqeyini kim irəli sürdü mən bilmirəm. Bu mümkünsüz məsələdir. Çünki Azərbaycanın bu məsələ ilə bağlı prinsipial və qətiyyətli mövqeyi var. Bundan sonrakı məsələlər təbii ki, Azərbaycanın əleyhinədir. Rusiya sülhməramlıları maksimum 5 il Qarabağda fəaliyyət göstərə bilərlər.

Elman Nəsirov: “Bu günə qədər Qarabağdakı qeyri-qanuni erməni silahlıları oranı tərk etməyiblər və bir çox hallarda onlar Azərbaycan ordusuna qarşı cinayətlər də törədirlər”.

Bir çox hallarda Rusiya sülhməramlılarının fəaliyyətindən Azərbaycan ictimaiyyətinin narahatlıqları var. Onlar çox zaman sülhməramlılara aid olmayan fəaliyyət həyata keçirirlər. Sülhməramlılar Qarabağda olan ermənilərin problemlərlərinin həlli ilə məşğuldurlar, eyni zamanda Qarabağdakı qeyri-qanuni erməni silahlı qüvvələrinin qeyri-qanuni yerdəyişmələrini həyata keçirilər, ən əsası da sülhməramlıların Qarabağda olan erməni silahlılarına silahların verilməsində köməklik etmələri barədə də videokadrlar əlimizdə var. Bu da haqlı olaraq Azərbaycan ictimaiyyətində narazılıqlara səbəb olur.

Bildiyimiz kimi məlum 10 noyabr sənədinin dördüncü bəndində yazılıb ki, Rusiya sülhməramlılarının Qarabağa gəlişi ilə eyni vaxtda, Qarabağdakı qeyri-qanuni erməni silahlıları oranı tərk etməlidir. Amma bu günə qədər onlar Qarabağı tərk etməyiblər və bir çox hallarda Azərbaycan ordusuna qarşı cinayətlər də törədirlər.

Azərbaycan ictimaiyyəti səbirsizliklə gözləyir ki, 2025-ci ildə Rusiya sülhməramlı qüvvələri özlərinin imzaladıqları sənədə hörmətlə yanaşacaq və ərazini tərk edəcəklər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

"Azinko Holdinq", "Jumeirah Bilgah Beach Hotel”... - Millətə vəkillik etməyən deputatın biznes "bacarığı"...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay