Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şarl Mişel niyə həmişə İlham Əliyevdən qabaq Nikol Paşinyanla görüşür?

Keçirilən beş görüşün hamısında Şarl Mişel ilk olaraq Ermənistanın baş naziri ilə ikilikdə görüşüb...

Politoloq: “Brüsseldə keçirilən görüş beşinci görüş olsa da, Ermənistanın mövqeyində dəyişikliklər olur və mütləq şəkildə görüş öncəsi Şarl Mişel Nikol Paşinyanın mövqeyini öyrənir”.

“Bu danışıqlar Vaşinqton danışıqlarının davamı olaraq irəliləyişə xidmət etməlidir. Amma, Nikol Paşinyanın mövqeyində biz yalnız sözdə irəliləyiş görürük”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə görüşlərdə Şarl Mişelin ilk öncə Paşinyanla görüşməsinin səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Mayın 14-də Avropa İttifaqının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirildi. Xatırladaq ki, 4 saat çəkən bu görüş üçlü formatda sayca beşinci idi və bu beş görüşün hamısında Şarl Mişel ilk olaraq Ermənistanın baş naziri ilə ikilikdə görüşüb.

Aİ rəsmisi niyə həmişə İlham Əliyevdən qabaq Nikol Paşinyanla görüşür?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazdə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Cənab prezident İlham Əliyevin mövqeyi sabit və obyektivdir. Bunu Şarl Mişel də bilir”.

Ermənistanın bütün cəhdlərinə rəğmən prosesi Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq həll edəcəyini vurğulayan politoloq bildirib ki, sülh müqaviləsinin bağlanmasına gəldikdə, bu bir qədər zaman məsələsidir:

“Brüsseldə keçirilən görüş beşinci görüş olsa da, Ermənistanın mövqeyində dəyişikliklər olur və mütləq şəkildə görüş öncəsi Şarl Mişel Nikol Paşinyanın mövqeyini öyrənir. Çünki, Nikol Paşinyanın mövqeyi dəyişkəndir və danışıqları sabotaj edir. Ona görə də ilk görüş onunla keçirlir. Cənab prezident İlham Əliyevin mövqeyi sabit və obyektivdir. Bunu Şarl Mişel də bilir.

Hesab edirəm ki, bu danışıqlar Vaşinqton danışıqlarının davamı olaraq irəliləyişə xidmət etməlidir. Amma, Nikol Paşinyanın mövqeyində biz yalnız sözdə irəliləyiş görürük. Növbəti görüş yenidən olacaq. Kişinyovda da görüş gözlənilir. Ermənistan tərəfi əldə olunan razılaşmalara getməsə, şərti sərhəddə toqquşmalar olacaq.

Məhəmməd Əsədullazadə: “Ermənistan tərəfi əldə olunan razılaşmalara getməsə, şərti sərhəddə toqquşmalar olacaq”.

Cənubi Qafqaz da maraqların toqquşması baş verir. Rusiya bir tərəfdən, Qərb bir tərəfdən vasitəçilik edir. Ümumiklikdə isə irəliləyiş yoxdur. İrəliləyiş onda olacaq ki, Nikol Paşinyan Qarabağla bağlı məsələdən tam geri çəkilməlidir. Amma, biz bunu görmürük.

Brüsseldə keçirilən danışıqlarda Alma-Atı bəyannaməsinə sadiqlik vurğulandı. Şarl Mişel qeyd etdi ki, erməni icması ilə dialoqda beynəlxalq vasitəçiliydən istifadə edilsin. Görünür, Nikol Paşinyanla bu məsələlər müzakirə edilib. Hesab edirəm ki, Ermənistanın bütün cəhdlərinə rəğmən prosesi Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq həll edəcək. Sülh müqaviləsinin bağlanmasına gəldikdə, bu bir qədər zaman məsələsidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar