Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki seçkilərin qeyri-adi seçiciləri

Türkiyədə bu gün keçirilən prezident və parlament seçkiləri bir sıra maraqlı anlarla müşahidə edilir...

“Report” “TRThaber”ə istinadən xəbər verir ki, ölkənin bir sıra vilayətlərində seçicilər səsvermə məntəqələrinə qeyri-adi formada gəlirlər.

Düzce vilayətində Muay tay millisinin üzvü idmançısı Muhammet Bişgin seçki məntəqəsinə yeniçəri paltarı geyinərək gedib. Beyciler Məhəlləsindəki evindən yeniçəri paltarı ilə çıxan 33 yaşlı Bişgin qeydiyyatda olduğu məntəqəyə atıyla gəlib.

Seçkilərin əhəmiyyətinə diqqət çəkmək üçün məntəqə atı ilə gəldiyini ifadə edən Bişgin, "Vətəndaşlar yola böyük maraq göstərdi. Seçki ruhunu yaşatmaq istədik. Seçki demokratiya bayramıdır. Bu seçki bizim və Türkiyə üçün bir təkan olacaq”, - deyib.

Hatay vilayətində də bir seçici məntəqəyə atla gəlib. Abdullah Cıla səs verdiyi Dənizciler Gübretaş orta məktəbinə gəldiyi atını küçədəki işıq dirəyinə bağlayıb. Cıla səsvermə bülletenini atın üstündə alaraq səs verməyə gedib. Cıla, COVID-19 pandemiyası zamanı at sürməyə başladığını söyləyib.

İzmir şəhərinin Bornova rayonunda yaşayan at təlimçisi Faruk Ceren səhər tezdən səs vermək üçün məntəqəyə gedib. Ceren səs verəcəyi Bornova Yaka Şengül Mustafa Karaca İbtidai məktəbinə at üzərində kovboy paltarı ilə gəlib. Məktəbin bağçasında atını ağaca bağlayan Ceren səs verib.

Səsvermə prosesi üçün məktəbə gələn bəzi ailələrin övladları ata miniblər. Faruk Ceren, "Bu gün demokratiyanın tələblərini yerinə yetirmək və səs vermək üçün atımla səs verməyə gəldim. Gərgin bir dövr yaşayırıq. Bu gərginliyi atmaq üçün vasitə yerinə atımı seçdim. Xoş bir səyahət oldu və Vətəndaşlardan müsbət reaksiyalar aldım.Yenidən atımla evimə qayıdacağam”, - deyə Faruk Ceren bildirib.

Ceren səs verəcəyi Bornova Yaka Şengül Mustafa Karaca İbtidai məktəbinə at üzərində kovboy paltarı geyinərək gəlib. Məktəb bağçasında atını ağaca bağlayan Ceren səs verib.

"Bu gün demokratiyanın tələblərini yerinə yetirmək və səs vermək üçün atımla seçki məntəqəsinə gəldim. Gərgin dövr yaşayırıq. Bu gərginliyi atmaq üçün avtomobil yerinə atımı seçdim. Xoş bir səyahət oldu və vətəndaşlardan müsbət reaksiyalar aldım”, - Faruk Ceren deyib.

Poliqon.info

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay