Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşı döyərək, 8512 manatını, sənəd və pul kisəsini ələ keçirən şəxslər tutulub - Video

Bakının Nəsimi rayonu ərazisində naməlum şəxslərin bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçirmələri barədə polisə məlumat daxil olub.

DİN-dən Poliqon.info-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyərək quldurluq yolu ilə həmin vəsaitləri ələ keçiriblər. Dəstə üzvləri pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər.

Faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İdarə əməkdaşları tərəfindən həmçinin ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı da əməliyyatlar keçirilib. Tədbir zamanı daha 4 nəfər – Əmrulla Hüseynov, Fərid Əliyev, Seymur Muxtarlı və İlahə Fərzullayeva saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini və paytaxt ərazisində narkokuryerliklə məşğul olduqlarını bildiriblər.

Qeyd edilən faktlarla bağlı da Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Poliqon.info


Etiket: DİN oğurluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Ən çox oxunanalar