Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Pakistanda müxalifət partiyasının Baş katibi həbs edilib

Pakistanda müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) baş katibi Əsəd Ömər bu gün paytaxt İslamabadda Ali Məhkəmənin binasında həbs edilib.

APA xəbər verir ki, bu barədə yerli “Dawn” nəşri yazıb.

Həbsin səbəbləri hələlik açıqlanmayıb.

Qeyd edək ki, ölkənin sabiq Baş naziri və PTI rəhbəri İmran Xan bu gün məhkəmə qərarı ilə 8 günlük həbs edilib. İmran Xan korrupsiyada, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.

Onun həbsi Pakistanın bir sıra iri şəhərlərində müxalifətin kütləvi etirazlarına səbəb olub.

Pakistanın bir sıra bölgələrində PTİ tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib.

Poliqon.info


Etiket: Pakistan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

İşdən çıxarılan icra başçısının mülkləri…

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Bunu Bakının tələbi ilə etməyəcəyik - Erməni nazir

Ən çox oxunanalar