Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

CHP-nin Azərbaycandan yan keçərək ayaq basdığı "yol"

Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb.

"Report" xəbər verir ki, “böyük layihə” adı altında onun yaydığı videomüraciətdə Azərbaycanın yer almaması seçkilərdə onun qələbə çalacağı halda hansı "məzhəbə qulluq edəcəyini" açıq şəkildə göstərir.

Qeyd edək ki, xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir.

Özünəməxsus, cəfəngiyyat dolu layihə Türk dünyasını İrandan və Çindən asılı edərək onun zəifləməsinə xidmət edir, eləcə də Zəngəzur dəhlizi layihəsini məhvə sürükləyir.

Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılan Orta Dəhlizin Avropa və Çin başda olmaqla Asiya ölkələri tərəfindən dəstəkləndiyi halda, CHP liderinin bu layihəsinin qeyri-ciddi olduğunu sübut edir. Çin yolların diversifikasiyasında da maraqlıdır. Belə ki, Zəngəzur dəhlizi Pekin üçün cəlbedici hesab olunur. Bu dəhliz Avropaya daha qısa yol təklif etdiyi üçün Çin üçün daha önəmlidir.

Kılıçdaroğlunun “Yeni İpək Yolu” layihəsi həm Türkiyədə, həm də Azərbaycanda etiraz doğurub. İndiki Türkiyə hakimiyyətinin həm sevincli, həm də acı günlərdə daim Azərbaycanın yanında olmasını əks etdirən bəyanatları ilə müqayisədə CHP-nin ölkəmizə qarşı xoş olmayan münasibəti göz qabağındadır. CHP-nin qərəzli seçkiqabağı vədlərinə diqqətlə nəzər salsaq, görərik ki, bu, hər iki ölkə üçün heç də yaxşı gələcək vəd etmir. Ərdoğandan əvvəlki hökumətlərin dövründə mövcud olan soyuqluq qayıda, “bir millət - iki dövlət” strategiyasına xələl gətirilə bilər.

Bununla yanaşı, çıxışları və bəyanatları ilə özünü şübhəli aparan Kamalın qalib gələcəyi təqdirdə Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalamasından asılı olmayaraq yaradacağı istilik də göz yandırır, könül bulandırır. Belə çıxır ki, "hörmətli" CHP başqanı Ermənistanla sərhədi qeyd-şərtsiz açacaq.

Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən layihələrdən xəbərsiz olduğunu bir daha sübut edən Kılıcdaroğlu kimin dəyirmanına su tökür? Hansı publikaya işləyir?

Kılıçdaroğlu hakimiyyətə gələrsə, Ərdoğanın hazırkı türkdilli ölkələrin birliyi istiqamətindəki siyasi kursu da naməlum olacaq. Çox güman ki, CHP-nin qucağına qaçdığı Qərb dairələri türkdilli ölkələrin birliyi məsələsinin ləğvini istəyəcəklər. Bundan başqa, Türkiyədəki hakimiyyət dəyişikliyi Rusiya ilə münasibətlərə də mənfi təsirsiz ötüşməyəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 gün qabaq dediyi kimi, "qırx axardan qırx vedrə su gətirməklə həqiqət günəşi palçıqla örtülməz. Mayın 14-də vətən, millət deyənlərin maskalarını açacağıq və birlikdə bu maskarada son qoyacağıq”.

Əminik ki, Türkiyə xalqı bir həftə sonra seçimi düzgün edəcək.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu açıqlandı - Yenilənib

Ən çox oxunanalar