Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Latviyanın Azərbaycandakı səfirliyinin nümayəndələri Heydər Əliyev Mərkəzi ilə tanış olublar - Fotolar

Qonaqlara şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən hədiyyələr təqdim olunub...

Mayın 3-də Latviyanın səfir əvəzi Viya Buşe və səfirin müşaviri Elmira Mirzəyeva, Latviya Səfirliyinin təşkilatçılığı ilə İrlandiyadakı Latviya Cəmiyyəti qarışıq səsli “eLVe” xorunun solistləri respublikamıza səfərləri çərçivəsində Şirvan şəhərində olublar. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlarla birlikdə öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Heydər Əliyev Mərkəzində görkəmli siyasi və dövlət xadiminin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin və Uşaq Musiqi Məktəbinin şagird və tələbələri Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında “eLVe” xoru Uşaq Musiqi Məktəbinin kollektivi ilə birgə “Sarı gəlin” xalq mahnısını ifa ediblər. Qonaqlara şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Bakıda axtarışda olan şəxs tərəfindən öldürülən polis kapitanı dəfn edilib

Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanları keçirilib - Yenilənib

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Axtarışda olan şəxs polisə xəsarət yetirib qaçmağa çalışdı - Yenilənib

Qətlə yetirilən polislə bağlı - Baş Prokurorluqdan açıqlama

Ən çox oxunanalar