Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fransız agent Qəddafinin devrilməsi əməliyyatından yazıb...

Fransa Xarici Kəşfiyyat İdarəsinin (DGSE) Liviyadakı keçmiş bir nömrəli casusu Jan-Fransua Lhuillier Liviya lideri Müəmmər Qəddafinin necə devrildiyini “L'Homme de Tripoli” (Tripolili adam) kitabında yazıb...

Poliqon “Euronews Türkçe”yə istinadən xəbər verir ki, 2009-2012-ci illər arasında Tripolidə DGSE adından yerinə yetirdiyi vəzifəni qələmə alan keçmiş agent Yelisey Sarayının onlara verdiyi tapşırığı "Qəddafinin əleyhinə ola biləcək Liviya şəxsiyyətlərinin ölkəni tərk etməsini təmin etmək" kimi ümumiləşdirir.

Bu kontekstdə Lhuillierin qarşısına qoyduğu hədəf o zamankı xarici işlər naziri Mussa Kussanı qaçıraraq Qəddafini zəiflətmək olub.

“Siz insanları öz ölkələrinə, həm də inanclarına xəyanət etməyə məcbur edirsiniz”, deyən keçmiş casus Mussa Koussanı sığınacaq istəməyə inandırmaq vəzifəsini öz üzərinə götürdüyünü bildirib. Bu arada Fransa və İngiltərənin həyata keçirilən hərbi əməliyyatın Qəddafi qoşunlarına zərbə vurduğunu deyən Lhuillier hökumətin qapısına dayanan üsyançılara da kömək etmək və yaxşı münasibətlər qurmaq üçün çalışdığını da kitabında yazır.

2011-ci il oktyabrın 20-də Qəddafinin “linç edilərək öldürüldüyünü” də iddia edən keçmiş məxfi agent, devrilmiş Liviya liderinin fransız casusu tərəfindən öldürülməsi ilə bağlı yayılan xəbərləri təkzib edir.

25 ildir DGSE agenti olan polkovnik-leytenant Jan-Fransua Lhuillierin yeni kitabındakı etiraflar Fransanın keçmiş prezidenti Nikola Sarkozi hökumətinin keçmiş müttəfiqindən üz döndərdiyi və Qəddafini devirmək üçün hər şeyi etdiyi iddiasını təsdiqləyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Durov sevgilisini gəzdirmək üçün Qırğızıstan FHN-dən helikopter götürüb

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Ən çox oxunanalar