Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Geni dəyişdirilmiş pomidor sortlarından nə vaxt qurtulacağıq? - Foto, Video

“Xarici sortun görünüşü gözoxşayan olsa da, dadı yaxşı olmur”...

Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Xaçmaz Təcrübə Stansiyasının seleksiya və toxumçuluq laboratoriyasının müdiri Cəmil Rəşidov Bizim.Media-nın suallarına cavab verərkən deyib.

Xaçmaz Təcrübə Stansiyası 1939-cu ildə, məşhur rus akademiki Sergey İvanoviç Vavilovun təşəbbüsü ilə yaradılıb. Məqsəd tərəvəz emalı sənayesi üçün yararlı tərəvəz sortlarının yaradılması, sınağının keçirilməsi və seleksiya-toxumçuluq prosesini həyata keçirməkdən ibarət olub.

Adından göründüyü kimi, Xaçmaz təcrübə stansiyasında rayonun iqlimi üçün sərfəli olan müxtəlif tərəvəz sortları üzərində araşdırma aparılır və sınaqdan keçirilərək rayonlaşması üçün təqdim olunur.

Stansiyada pomidor şitili yetişdirilən istixanada baş tutan söhbət əsnasında müsahibimiz bildirib ki, 4 sot sahədə salınan pomidor şitilləri burada həm keçmiş qaydada, həm də yeni müasir üsulla xüsusi qablarda becərilib.

Cəmil Rəşidov xüsusi qablarda yetişdirilən pomidor şitilinin əkilərkən daha səmərəli və zərərvericilərdən uzaq olduğunu söyləyir. Keçmiş qayda ilə səpilən pomidor şitillərinin yeri sıx olur və gec inkişaf edir:

Xaçmazın məşhur sortları olub. Stansiyamızda “Vətən” pomidor sortu sınaqdan keçirilib və toxumunu istehsal etmişik. Fermerlər hələlik çox az müraciət edirlər. Bu mövsüm 3 nəfər bizdən toxum alıb. Şitil istəyənlər də var. Amma bu, hələlik azdır”.

Stansiyasının laboratoriya müdiri Xaçmazın keçmiş pomidor sortlarının əvəzlənməsi üçün stansiyada yeni pomidor sortlarının sort-sınaq nümunələrinin aparıldığını deyir. Onun sözlərinə görə, hazırda “Vətən-50” sortu araşdırma mərhələsindədir.

“İlkin nəticələr onu göstərir ki, “Vətən-50” pomidor sortu da xarici “Lajen” sortu kimi daşınmağa davamlı, keyfiyyəti və dadlı pomidor sortu olacaq.

Hazırda bu və bu kimi digər sortların sınağını aparırıq və bu sortlar xaricdən gətirilən və geni dəyişdirilmiş pomidor sortlarından çox keyfiyyətli olacaq”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar