Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada müxalifət lideri 25 müddətinə azadlıqdan məhrum edilib

Vladimir Kara-Murza siyasi məhbuslar arasında ən ağır cəzalardan birini alıb…

Siyasətçi Vladimir Kara-Murza müasir Rusiyada siyasi məhbuslara verilən ən ağır cəzalardan birini alıb. Moskva Şəhər Məhkəməsi onu ciddi rejimli koloniyada 25 il müddətinə azadlıqdan məhrum edib.

Poliqon Rusiya mətbuatına əsasən xəbər veir ki, hətta terror aktları və kütləvi qırğınlar ittihamı ilə məhkəmələr daha yüngül cəzalar verib. İndi eyni cəza Aleksey Navalnınını təhdid edir.

Vladimir Kara-Murza 2022-ci ilin aprelində həbs edilib və ona qarşı irəli sürülən ilk ittiham siyasi nifrət əsasında Rusiya ordusu haqqında “saxta” məlumatların yayılması ilə bağlı olub. Bu cinayət işi İstintaq Komitəsi tərəfindən siyasətçinin ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasındakı çıxışına görə başlayıb. Həmin çıxışında Kara-Murza bildirib ki, rus hərbçiləri Ukraynada yaşayış məntəqələrini, doğum evlərini, xəstəxanaları və məktəbləri bombalayıblar.

Artıq həbsdə olan siyasətçiyə qarşı iki yeni cinayət işi açılıb - dövlətə xəyanət və xarici təşkilatla əməkdaşlıq. Kara-Murza “Açıq Rusiya” təşkilatının koordinatoru və “Azad Rusiya Fondu”nun vitse-prezidenti olub.

Siyasətçinin işinə bağlı qapılar arxasında baxılıb və mətbuata yalnız hökmü elan etməyə icazə verilib. Hakim Sergey Podopriqorov hökmün yalnız giriş və əməliyyat hissələrini oxuyub. Jurnalistlər hökmü videobağlantı vasitəsilə izləyiblər. Siyasətçiyə qarşı irəli sürülən ittihamların mahiyyəti naməlum olaraq qalıb. Kara-Murzanın vəkili Maria Eismont bildirib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.

Hakim Podopriqorov, Kara-Murzanın yaradılmasında iştirak etdiyi Amerika "Maqnitski siyahısı"nda yer alır. O, 2008-ci ildə auditor Sergey Maqnitskinin işinə baxıb və 2009-cu ildə Maqnitskinin həbsinin uzadılması barədə qərar çıxarıb, bundan bir neçə ay sonra auditor istintaq təcridxanasında dünyasını dəyişib. “Nestka” yazır ki, 2018-ci ildə hakim ABŞ Ədliyyə Nazirliyindən onu sanksiya siyahısından çıxarmağı xahiş edib, lakin bu edilməyib.

Qara-Murzanın səhhəti dəmir barmaqlıqlar arxasında keçirdiyi bir il ərzində pisləşib. Vəkilin sözlərinə görə, siyasətçi həbsdə olarkən 17 kiloqram arıqlayıb.

Məlumatda qeyd olunur ki, Qara-Murzaya qarşı çıxarılan hökm müasir Rusiyada siyasi məhbus üçün ən ağır cəzalardan biridir. Ən ağır cəza 2007-ci ildə YuKOS-un daxili iqtisadi təhlükəsizlik departamentinin keçmiş rəhbəri, “Memorial”ın siyasi məhbus kimi tanıdığı Aleksey Piçuqinə verildi. O ömürlük həbs cəzasına layiq görülüb.

Eyni zamanda, siyasi məhbuslar üçün maksimum həbs cəzasını terror birliyi yaratmaq ittihamı ilə Dmitri Pçelintsev alıb. O, sərt rejimli koloniyada 18 il müddətinə azadlıqdan məhrum edilib. Pçelintsev Şəbəkə işi üzrə digər məhkumlar kimi, “Memorial” tərəfindən də siyasi məhbus kimi tanınıb.

Bir sıra qətllər, oğurluqlar və quldurluqlarda təqsirli bilinən qatillərin və quldurların bandası olan “Dənizkənarı Partizanlar” adlı dəstə ciddi rejimli koloniyada 25 il cəza alıb. Rusiya məhkəmələrində digər hallarda isə qatillər və quldurlar daha az alıblar. İkinci Dünya Müharibəsi veteranına işgəncə verərək qətlə yetirən Federal Penitensiar Xidmətin keçmiş əməkdaşları 23, 8 həmkarını güllələmiş çağırışçı Ramil Şəmsütdinov isə 24,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qara-Murzaya verilən cəza digər müxalifət lideri Aleksey Navalnıya da təhlükə yarada bilər. Hazırda Navalnıya qarşı ekstremist icmanın yaradılması və fəaliyyəti vətəndaşları insanlarıvətəndaşlıq vəzifələrini yerinə yetirməkdən imtina etməyə təşviq edən təşkilat yaradılması ilə bağlı ittihamlar irəli sürülüb və istintaq aparılır. Birinci halda maksimum müddət 10 il, ikincisində 3 ildir. Navalnı artıq Yves Rocher işi üzrə 2 il 8 ay və dələduzluq ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Memorial”ın hesablamalarına görə, hazırda Rusiyada 552 siyasi məhbus var. 2021-ci ildə Rusiyada 420 siyasi məhbusun olduğu vaxt təşkilatın məhbuslara dəstək proqramının rəhbəri Sergey Davidis bildirib ki, bu rəqəm mərhum SSRİ ilə müqayisə oluna bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Ən çox oxunanalar