Tayvan Amerikanın Boeing şirkətindən 400 gəmi əleyhinə raket alacaq…
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi aprelin 17-də öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ada qüvvələri quruda yerləşən “Harpun” taktiki raketləri almağı planlaşdırır. Satış ABŞ Konqresinin Tayvana silah tədarükü ilə bağlı qərarı çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, aprelin 12-də “The Defence Post” ABŞ Hərbi Dəniz Qüvvələri ilə “Boeing” aerokosmik şirkəti arasında 400 “Harpun” raketinin istehsalına dair müqaviləni dərc edib. Sövdələşmə 1,7 milyard dollar dəyərində qiymətləndirilir.
Poliqon.info