Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın şəhərinin içməli və tullantı su sistemləri yenidən qurulur

"Azərsu" ASC Laçın şəhərinin içməli və tullantı su sistemlərini yenidən qurur...

Poliqon.info bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, işğal dövründə Laçında su təchizatı infrastrukturu dağıdılaraq istismara yararsız vəziyyətə salınıb. Şəhərdə icra olunan yeni layihə hazırda bərpa edilən və tikilən yaşayış evlərinin, obyektlərin yeni yaradılan içməli su təchizatı və tullantı su sistemlərinə qoşulmasını təmin etməklə, ümumilikdə 18 min nəfərin bu xidmətlərdən istifadəsinə hesablanıb.

Layihəyə əsasən, Laçın şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Sus kəndi yaxınlığındakı mövcud 6 subartezian quyusu bərpa edilir. Eyni zamanda quyu zonasında sutoplayıcı anbar və nasos stansiyası, zərərsizləşdirici qurğu, transformator məntəqəsi və digər yardımçı binalar inşa olunur.

Su mənbəyindən Laçın şəhərinə qədər polad borularla 10 kilometr uzunluğunda magistral su kəmərinin inşası nəzərdə tutulub. İndiyə qədər kəmərin tikintisi üzrə işlərin 70 %-i başa çatdırılıb. Şəhərə içməli su pilləli nasoslarla çatdırılacaq. Bu məqsədlə quyu zonasında və magistral su kəməri üzərində 3 nasos stansiyası inşa edilir. Laçın şəhərində məskunlaşacaq əhalinin, idarə və müəssisələrin, ictimai-iaşə və turizm obyektlərinin fasiləsiz su təminatı məqsədi ilə şəhər ərazisində ümumi tutumu 4 min kubmetr olan 9 anbarın tikinti və bərpası işləri davam etdirilir. Anbarlara toplanan su şəhərin böyük hissəsinə özüaxımlı rejimdə veriləcək. Relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini və obyektləri içməli su ilə təmin etmək məqsədilə 2 ədəd hidrofor quraşdırılır.

Layihəyə əsasən, Laçın şəhərində 58 kilometr içməli su şəbəkəsinin 42 kilometrlik hissəsi, 49 kilometr tullantı su şəbəkəsinin isə 39 kilometrlik hissəsi inşa edilib. 4 km yağış su xətlərinin və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 7 km uzunluğunda kanalizasiya kollektorunun tikintisi yekunlaşıb. Hazırda məhsuldarlığı sutkada 4 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğunun inşası davam etdirilir. Laçın şəhərində formalaşacaq tullantı suları bu qurğuda ekoloji baxımdan tam təmizlənib kənarlaşdırılacaq. Layihə üzrə işlərin cari ildə başa çatdırılması nəzərdə tutulur.

Laçın şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Layihə çərçivəsində hər bir infrastruktur elementi SCADA sistemilə təmin ediləcək. Suyun mənbədən götürülməsi, subartezian quyularının işçi vəziyyəti, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə tənzimlənəcək.

Hazırda "Azərsu" ASC Laçın şəhərində fasiləsiz xidmət təşkil edib. Bununla yanaşı Şuşa şəhərində, ZəngilanKəlbəcər rayonlarında, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət göstərilir.

Poliqon.info

 

 

 

 


Etiket: Laçın


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Ən çox oxunanalar