Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada və regionda baş verənlər fonunda Cənubi Qafqazın gələcəyi necə görünür?..

Son günlər həm ölkəmiz, həm də bölgə ilə bağlı maraqlı hadisələr yaşanır...

Politoloq: “Bölgə baş verən son hadisələri böyük güclərin burada əzələ nümayiş kimi də dəyərləndirmək olar. Onlar bununla həm də bölgədə var olduqlarını və bölgəni heç kəsə güzəştə getməyəcəklərini göstərmək istəyirlər”.

“Hadisələr sırasında əlbəttə ki, dövlətimizlə bağlı olan Qarabağda və regionda baş verən proseslər bizim üçün daha önəmlidir”.

Bu sözləri politoloq Samir Hümbətov son günlər həm ölkəmizdə, həm də bölgədə baş verən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Son günlər həm ölkəmiz, həm də bölgə ilə bağlı maraqlı hadisələr yaşanıb. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfər etdi. Xankəndidəki separatçı rejimin nümayəndələri Bakıya görüş təklifi göndərdilər, Ermənistan İran arasında hərbi-müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalandı, Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi - “TCG Anadolu” xidmətə başladı.

Bütün bunlar fonunda bölgədə baş verəcək hadisələr və ümumiyyətlə, bölgənin gələcəyi necə görünür?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Artıq hər bir dövlət, eləcə də Azərbaycan burada öz oyunlarını oynayır və öz oyunlarını qurur. Bu da ən önəmli məsələdir”.

Prezidentin həm Tacikistana, həm də Qazaxıstana son səfərləri və bölgəmizdə baş verən proseslərin hamısının hesablanmış, doğru strateji addımlar olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, biz yaxın müddət ərzində atılmış addımların uğurlu nəticəsini görə bilərik:

“Son dövrlər regionumuzda, həm də dünyada çox maraqlı və vacib hadisələr cərəyan edir. Hadisələr sırasında əlbəttə ki, dövlətimizlə bağlı olan Qarabağda və regionda baş verən proseslər bizim üçün daha önəmlidir.

Qeyd edim ki, istər İranla Ermənistan arasında hərbi, təhlükəsizlik sazişinin imzalanması, istər Türkiyədə “TCG Anadolu” PUA gəmisinin dəniz suyuna buraxılması, istər Azərbaycan prezidentinin Qazaxıstan səfəri, istərsə də Xankəndidəki seperatçıların Azərbaycana təklif etdikləri görüş olsun, bunların heç biri təsadüfi hal deyil. Əlbəttə ki, dövlətlərin özlərinin planları var və planları çərçivəsində hərək edirlər. Bu baxımdan hesab edirəm ki, bu gün bölgəmizdə baş verən proseslərin əsas səbəblərindən biri Cənubi Qafqazın çox əhəmiyyətli və strateji xarakterli bir bölgə olmasıdır.

Nəzər almaq lazımdır ki, Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən bu bölgə həm də enerji resursları ilə zəngindir. Eyni zamanda Bir Kəmər Bir Yol Lahiyə bu ərazidən keçir. Həmçinin İran, Rusiya kimi böyük dövlətlərin bu ərazidə yerləşməsi və Çinin, Avropa Birliyinin, ABŞ-ın buraya maraq göstərməsi hər kəs tərəfindən açıq şəkildə görünməkdədir.

Samir Hümbətov: “Bu gün bölgəmizdə baş verən proseslərin əsas səbəblərindən biri Cənubi Qafqazın çox əhəmiyyətli və strateji xarakterli bir bölgə olmasıdır”.

Bölgə baş verən son hadisələri böyük güclərin burada əzələ nümayiş kimi də dəyərləndirmək olar. Onlar bununla həm də bölgədə var olduqlarını və bölgəni heç kəsə güzəştə getməyəcəklərini göstərmək istəyirlər. Amma nəzərə almaq lazımdır ki, artıq hər bir dövlət, eləcə də Azərbaycan burada öz oyunlarını oynayır və öz oyunlarını qurur. Bu da ən önəmli məsələdir.

Hesab edirəm ki, Prezidentin həm Tacikistana, həm də Qazaxıstana son səfərləri və bölgəmizdə baş verən proseslər hamısı hesablanmış, doğru strateji addımlardır. Biz yaxın müddət ərzində atılmış addımların uğurlu nəticəsini görə bilərik. Amma əlbəttə ki, qarşımıza bəzi maneələr də çıxır. Düşünürəm ki, bu maneələrin aradan qaldırması o qədər də çətin olmayacaq. Çünki Azərbaycanın bir siyasi iradəsi formalaşıb. İkinci Qarabağ savaşının qalib dövləti olaraq Azərbaycan həm region, həm də dünya üçün vacib əhəmiyyətə malik dövlətə çevrilib. Çünki Azərbaycanın həm doğru strateji hədəfi var, həm iqtisadi imkanları var, həm də siyasi konyekturanı bilən dövlətdir. Bunun hər biri xüsusi önəm daşıyır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Prezident İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

Ən çox oxunanalar