Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada leysan və dolu fəsadlara səbəb olub

Qeyri-sabit hava şəraiti ilə bağı rayon ərazisində elektrik verilməsində fasilə yaranıb...

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti bəzi problemlərə səbəb olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün saat 11-dən 13-dək BalakənZaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. İki saat güclü küləklə müşahidə edilən leysan yağıb, bəzi ərazilərə qısamüddətli dolu düşüb. Leysan daha çox Zaqatala rayonunda müşahidə edilib. Rayon mərkəzinin bəzi ərazilərinə, Yuxarı Tala, Aşağı Tala kəndlərinə və Əliabad qəsəbəsinə dolu düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.

Qeyri-sabit hava şəraiti ilə bağı rayon ərazisində elektrik verilməsində fasilə yaranıb. Yağıntı kəsdikdən sonra saat 13:30-da rayon mərkəzinə elektrik enerjisinin verilməsi bərpa edilib. Rayonun digər ərazilərinə elektrik enerjisinin verilməsi istiqamətində işlər aparılır.

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yüksək dağlıq ərazilərə qar yağıb.

Poliqon.info


Etiket: Zaqatala leysan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar