Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki qütbə bölünən dünya - Dünya ikinci “soyuq müharibə”nin astanasındadırmı?..

Latın Amerikası, Yaxın Şərq və Afrika neytral qalmağa hazır görünür və bu regionlar iki tərəf arasında müharibə meydanına çevrilə bilər...

Borzou Daragahi, Beynəlxalq jurnalist
The Independent qəzeti

ABŞ-ın nüfuzlu beyin mərkəzi və media orqanı olan "Foreign Policy" təkcə bir həftə içində ABŞ və Qərb siyasətçilərindən insan hüquqları, gəmiçilik, maliyyə, iqlim dəyişikliyi, kvant hesablamaları və mikroçiplər mövzularında Çinlə daha güclü əlaqə qurmağı tələb edən ən azı 6 məqalə dərc edib.

Başqa bir məqalə isə Vaşinqtonu Çinə qarşı hərbi gücə əlavə güc qatmaq üçün “iqtisadi müharibə şurası” yaratmağa çağırıb.

Onilliklər boyunca xalqları və həyat tərzini çəkilləndirə biləcək yeni “soyuq müharibə” tətbiq olunur. Lakin dünyanın çox hissəi yeni “soyuq müharibə”yə hazırlıqsızdır və formalaşan döyüş xətlərindən xəbərsizdir.

Artıq bütün dünyada dörd bir yanındakı elitalar iki tərəf arasında iqtisadi, kəşfiyyat, diplomatik və bəlkə də hərbi münaqişələrlə xarakterizə olunan 21-ci əsri prqonozlaşdırır: bir tərəfdən, NATO və əsas Asiya-Sakit okean ölkələri də daxil olmaqla, ABŞ-ın rəhbərlik etdiyi ittifaqlar və tərəfdaşlıqlar, digər tərəfdə Çin və Rusiya və onların tərəfdaşları, o cümlədən Şimali Koreya, Belarus və İranın Avrasiya rəhbərliyi altında ittifaq...

Latın Amerikası, Yaxın Şərq və Afrika neytral qalmağa hazır görünür və bu regionlar iki tərəf arasında müharibə meydanına çevrilə bilər.

Rəqabət nəzarətdən çıxa bilər, Vaşinqton və Pekindəki dinamika dünyanı nüvə gücləri arasında lazımsız münaqişəyə sürükləyə bilər.

Avrasiya avtokratiyalarında müzakirələr yatırılıb. Çin mediası və beyin mərkəzləri dünyanın iki böyük dövləti arasında uzun və təhlükəli düşmənçilik dövrünün mümkünlüyünü qəbul etsələr də, demək olar ki, yalnız ABŞ-ı öz hərəkətlərinə görə günahlandırırlar. Vaşinqtonda da təhlükəli qrup düşüncəsi möhkəmlənib, respublikaçılar və demokratlar Çinə qarşı “şahin” mövqe sərgiləyərək bir-birindən üstün olmağa çalışırlar.

Lakin Qərbdə seçicilər və vətəndaşlar güc və söz sahibidirlər və bu debatlarda iştirak etməlidirlər. Avropada da nüanslar var. Ötən həftə həm Fransa prezidenti Emmanuel Makron, həm də AB Komissiyasının sədri Ursula fon der Leyen Pekində olub və Çini şirnikləndirib, Rusiyanın Ukraynada apardığı müharibəyə verilən diplomatik və maliyyə dəstəyi də daxil olmaqla, Qərbin və bir çox Asiya-Sakit okean ölkələrinin problemlərini müzakirə ediblər. Onlar Çini bu davranışlardan çəkindirmək üçün müxtəlif cəhdlər ediblər.

Gözlənildiyi kimi, böyük bir korporativ nümayəndə heyətinin müşayiəti ilə Çinə səfər edən dinc Makron yüksək vəzifəli məmurlar tərəfindən “əziz tutulub”, lakin “şahin” kimi davranan Von der Leyen isə Çin dövlət mediasında bir Amerika kuklası kimi diqqətdən kənarda qalıb.

Çin həqiqətən problemli ölkədir. O, ekstremal nəzarət dövləti tərəfindən dəstəklənən destopiya modeli olan avtokratik hakimiyyəti ixrac etməyə (və ya heç olmasa normallaşdırmağa) çalışır. Kobud insan haqları pozuntuları ilə uyğur və tibet azlıqlarını hədəf alıb. O, tez-tez kiçik ölkələrə qarşı qlobal tiran kimi davranır. Vladimir Putinin Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyərkən belə, Qərb imperializmini ikiüzlü şəkildə pisləyir. Ötən il Asiyanın ən güclü demokratiyası kimi göstərilən müstəqil Tayvan ölkəsini təhdid etməkdə davam edir.

Lakin ABŞ-ın müttəfiqləri və tərəfdaşları mütəmadi olaraq eyni insan haqları pozuntularına yol verirlər. ABŞ isə dünya tarixinin ən böyük tiranlarından biridir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının razılığı olmadan İraqa edilən bədnam işğalı xatırlayın. Bundan başqa, daha zəif ölkələrə qarşı təzyiqləri yada salın…

Amerikalı ixracatçıların işlənmiş geyimləri Ruanda bazarlarında satmağa çalışmasının qarşısı bu dövlət tərəfindən alındıqda, az qala bu kiçik ölkəyə qarşı müharibə başladılacaqdı. Bu hadisə dünya ictimaiyyətinin diqqətindən kənarda qallb.

Çin prezidenti soyuq, hiyləgər bir avtokratdır, lakin 69 yaşlı Si Tsinping Sith Lordu deyil. Onun vaxtı keçəcək və Çinin dərin sivilizasiyası, nəhəng əhalisi və bazarları ilə bundan sonra da mövcud olmağa davam edəcək.

Qərb hazırda Çindən dərin iqtisadi asılılığını aradan qaldırmağa çalışır. Bu, yaxşı bir şey ola bilər, sənaye işlərini Qərb ölkələrinin mərkəzlərinə qaytara bilər və Fars körfəzindən neftin Avropada satış üçün ağcaqanad torları hazırlamaq üçün Çindəki plastik fabriklərə göndərildiyi gülünc təchizat zəncirlərini sökə bilər.

ABŞ Çin və Yaponiyaya 1,85 trilyon dollar borcu olduğu üçün Asiyaya olan qeyri-sağlam borc asılılığından da qurtulmalıdır. Lakin ABŞ və Qərb də bəzi köhnə pis vərdişlərə düşmək təhlükəsi altındadır. ABŞ-da çinlilərə və çinli amerikalılara qarşı fanatizm artmaqdadır. Hətta Qərb dissidentlərə və uyğurlara qarşı pozuntuları pisləsə də, elita arasında Asiya-Sakit Okeandakı avtoritar dövlətlərin Çini cilovlamaq üçün onun pozuntularına razılıq vermək və üzr istəmək barədə diskurslar artır; Necə ki, Qərb birinci Soyuq Müharibə zamanı Latın Amerikası və Asiyada sovet təsirini zəiflətmək üçün militarist sağçı diktaturaları dəstəkləmişdi.

Qərb cəmiyyətlərində “ümumbəşəri dəyərlərə” təhlükənin olub-olmaması ilə bağlı qızğın müzakirələrə başlamaq üçün tutarlı səbəblər var.

Ən pis nəticə isə Vyetnam və İraq müharibələri və terrora qarşı qlobal müharibə kimi fəlakətlərə səbəb olan Vaşinqtonun xarici siyasətinin eyni qurğuları ilə dəstəklənən virtual qlobal müharibəyə tənbəlliklə sürüklənməsi ola bilər.

Tərcümə Poliqon-a aiidir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay