Fransanın iqtisadiyyat naziri deyib ki, Paris ABŞ-ın maraqları naminə Çinlə toqquşmayacaq…
Paris ABŞ-ın müttəfiqi olduğuna iki dövlət arasında rəqabətdə Çinlə münasibətləri korlamayacaq.
Poliqon xəbər verir ki, bunu Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire “Europe 1” radiosunun efirində deyib.
Nazir qeyd edib ki, Fransa və ABŞ eyni dəyərləri bölüşür və bir çox ümumi iqtisadi maraqlara malikdir. Lakin o, bunu Parisin Çinə qarşı hərəkətə keçməsi üçün əsas kimi qəbul etməyin doğru olmadığını vurğulayıb.
Le Maire Fransa prezidenti Emmanuel Makronun müdafiəsinə qalxaraq qeyd edib ki, Avropa İttifaqı blok düşüncəsinə uymamalı və ABŞ və Çin arasında Tayvanla bağlı qarşıdurma da daxil olmaqla, digər sahələrdəki münaqişələrinə başqa ölkələrin cəlb edilməməli olduğunu söyləyib.
“Makron Avropanın suverenliyinin tələb etməkdə tamamilə haqlıdır”, deyə nazir vurğulayıb.
Qeyd edək ki, Çində verdiyi müsahibəsində Makron Avropa İttifaqını Pekin və Vaşinqton arasındakı münasibətlərə qarışmamağa çağırmışdı və Avropanın suvernliyinin qorunmasını vacib hesab etmişdi
Poliqon.info