Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misirin gizli şəkildə Rusiyaya sursat yollanmaq planları faş olub...

Misir prezidenti Əbdül-Fəttah əs-Sisi Rusiya üçün 40 min reaktiv mərmi hazırlamaq üçün göstəriş verib…

Poliqon xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının sızdırılmış sənədlərinə istinadən The Washington Post yazıb. Məlumatda qeyd olunur ki, Sisi Qərblə problem yaşamamaq üçün Moskva ilə razılaşmanın gizli saxlanmasını istəyib.

17 fevral 2023-cü il tarixli çox məxfi sənəd Sisi ilə Misirin yüksək rütbəli hərbçilərinin danışıqlarından ibarətdir. Bu, söhbətlər Rusiyaya Misirdən mərmi və barıt tədarük etmək planları ilə bağlı olub.

Sızdırılan sənəddə Misir rəsmisi Salah əd-Dindən sitat gətirilir ki, Rusiya rəsmiləri ona “hər şeyi almağa” hazır olduqlarını deyiblər. Qeyd edilir ki, Salah əd-Din Misirin silah istehsalı naziridir.

Misir ABŞ-ın Yaxın Şərqdəki ən qədim müttəfiqlərindən biridir, 1987-ci ildən bu ölkə Vaşinqton üçün “NATO xaricində əsas müttəfiq” statusuna malikdir.

Misir Xarici İşlər Nazirliyi Moskva ilə belə danışıqların olmasını təkzib edir. ABŞ rəsmisi qəzetə deyib ki, Ağ Ev bu sursat transferindən xəbərsizdir.

Misir həm Rusiyanın taxıl tədarükündən, həm də ölkənin təhlükəsizliyini qorumaq üçün Qahirəyə hər il 1 milyard dollardan çox vəsait ayıran ABŞ-ın maliyyə yardımından asılıdır.

ABŞ mənbələri bundan əvvəl Şimali Koreyanın Rusiyaya gizli şəkildə artilleriya mərmiləri göndərdiyini, Çinin isə belə bir ehtimalı nəzərdən keçirdiyini bildirib.
Qeyd edək ki, ABŞNATO-nun məxfi sənədləri ilk dəfə martın 1-dən gec olmayaraq internetdə peyda olub. Məxfi məlumatlar olan fotolar Discord-da ortaya çıxıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Azərbaycan bayrağı Dövlət bayrağı meydanına qaytarılıb

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay