ABŞ-ın müdafiə naziri Lloyd Ostinə məxfi sənədlərin sızması barədə məlumat verilib...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Pentaqona istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, sızma 2013-cü ildə WikiLeaks sənədlərinin yayımlanmasından bəri ABŞ hökuməti məlumatlarının ən dağıdıcı sızması ola bilər. Bununla yanaşı, Agentlik internetdə dərc olunan sənədlərin saxta ola biləcəyini də istisna etmir.
Qeyd olunur ki, Pentaqon hazırda məlumatın necə yayıldığını və bu məlumatları alanın kim olduğunu araşdırır. Hadisə ilə bağlı artıq ABŞ Konqresinin Milli Təhlükəsizlik Komitələri də məlumatlandırılıb.
Həmçinin bildirilir ki, tədqiqatçılar kimlərin kəşfiyyat hesabatlarını yaymaq imkanı və motivasiyasının ola biləcəyini müəyyən etməyə çalışırlar.
Xatırladaq ki, Amerikanın siyasi elitasının münaqişənin gələcəyi ilə bağlı müxtəlif baxışları var.
Poliqon.info