Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin "TCG Anadolu" desant gəmisi istifadəyə verilib

"Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) flaqmanı olan “TCG Anadolu” desant gəmisi Türkiyənin qürur mənbəyidir”...

"Bayraktar TB3" pilotsuz təyyarələrinin ən son versiyaları ilə təchiz edilən "TCG Anadolu" desant gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) istifadəsinə verilib.

"Report" "Anadolu" agentliyinə istinadən bildirir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

"Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) flaqmanı olan “TCG Anadolu” desant gəmisi Türkiyənin qürur mənbəyidir”, - R.T.Ərdoğan bildirib.

O qeyd edib ki, “TCG Anadolu” dünyada zərbə PUA-larının yerləşdirilməsi üçün nəzərdə tutulmuş ilk hərbi gəmidir.

"Desant gəmisi dünyanın istənilən yerində hərbi və humanitar əməliyyatlarda istifadə oluna biləcək bütün imkanlara malikdir. “TCG Anadolu” gəmisi sayəsində Türkiyə texnologiyalar, sistemlər və yerlərdə vəziyyəti dəyişən həllər sahəsində dünya liderlərindən birinə çevriləcək”, - Türkiyə Prezidenti deyib.

O xatırladıb ki, bu layihənin icrasına 2016-cı ildən başlanılıb. Gəmi 2019-cu ilin mayında suya buraxılıb və 2022-ci ilin iyun ayından etibarən onun sınaqları həyata keçirilib.

R.T.Ərdoğan qeyd edib ki, uzunluğu 231 metr, eni 32 metr olan gəmi şəxsi heyəti bölgənin istənilən nöqtəsinə sürətlə çatdırmağa imkan verəcək.

"Gəmi 13 tank, 27 amfibiya zirehli transportyoru və 6 zirehli transportyor olmaqla ümumilikdə 94 texnika daşımaq üçün nəzərdə tutulub. Göyərtəyə 10 helikopter və 11 hücum PUA-sı yerləşə bilər. Gəminin təyyarə anqarı daha 19 helikopter və 30 pilotsuz uçuş aparatı üçün nəzərdə tutulub. Gəmiyə həmçinin 4 qayıq yerləşdirmək mümkündür”, - Prezident bildirib. O əlavə edib ki, gəmidə 2 əməliyyat otağı olan xəstəxana da fəaliyyət göstərir.

R.T.Ərdoğan yerli müdafiə sənayesinin inkişaf etdirilməsinin heç də asan başa gəlmədiyini qeyd edib:

"Son onilliklər ərzində Türkiyədə həyata keçirilən müdafiə layihələrinin sayı 62-dən 750-yə, hərbi sənaye kompleksində fəaliyyət göstərən şirkətlərin sayı isə 2700-ə çatıb”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

May ayında qarın yağması nəyin xəbərçisidir?

Ən çox oxunanalar