Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəhman Hümmətov: “Quru sərhəddən daxil olan tranzit TIR və qoşquların həcmi iki dəfəyə yaxın artıb”

“Regiondakı geosiyasi proseslər, yük daşımalarının artırılması istiqamətində görülmüş işlər nəticəsində 2022-ci ildə Azərbaycan üzərindən beynəlxalq daşımaların - quru sərhəddən daxil olan tranzit TIR və qoşquların həcmi 2022-ci illə müqayisədə 2 dəfəyə yaxın artıb”.

Bunu “Report”a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, daşımalar artdıqca icazələrə tələb də artır.
“Hazırda icazələrin verilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə müvafiq elektron xidmətin istifadəyə verilməsi istiqamətində işlər aparılır. Nazirlik iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə dair xüsusi icazənin verilməsi zamanı işlərin sistemləşdirilərək operativliyin artırılmasını, xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılmasını, prosesin elektron qaydada göstərilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının da qoşulduğu elektron portalın hazırlanmasını nəzərdə tutur. Müvafiq portal istifadəyə verildikdən sonra ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə xüsusi icazənin verilməsi xidməti tam elektron qaydada göstəriləcək.

Bununla yanaşı, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsi məqsədi ilə yeni texnologiyaların tətbiq edilməsi, bu sahədə tələblərin pozulmasına görə inzibati tənbeh vermə haqqında elektron qərarın çıxarılması ilə əlaqədar prezidentin sərəncamı mövcuddur. Müvafiq tələbləri pozan, hərəkətdə olan iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzi və çiplərin) ölkə əhəmiyyətli avtomobil yollarında quraşdırılması nəzərdə tutulan yerlərin siyahısı, quraşdırılma müddətləri və mərhələləri təsdiq edilib. Quraşdırılmaların bu ay başlanılması planlaşdırılır”, - deyə nazir müavini qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar