Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağdadla Ərbilin neft mübahisələri və Ərdoğanın cəsarəti...

İraq kürdləri İranı onları şərləməkdə ittiham edir...

Müəllif Serbest Ferhan Sindi
The Independent qəzeti

İraqdakı inzibati quruluşu, konstitusiyanı, sosiologiyanı, mədəni mənşəyi, iqtisadi sistemi, etnik və məzhəb keçidlərini, tarazlıqları səthi belə bilməyənlər bu ölkə ilə bağlı bir mütəxəssis kimi şərhlər, təsbitlər və qiymətləndirmələr aparırlar.

Ərbil və Bağdad arasındakı mübahisədə arbitrajın qərarı yenidən “hər şeyşünas” şərhçilərin meydana çıxmasına səbəb olub.

İraq Kürdüstan Bölgəsinə (İKB) aid mal dünya bazarlarında ilk dəfə 2014-cü ildən sonra, AK Partiya dövründə, Ərdoğanın təşəbbüsü ilə Ərbilin, yəni kürdlərin nəzarəti altında satılıb.

Bu, mənim fikrimcə düzgün idi və heç bir şəkildə İraq Konstitusiyasına zidd deyildi. Ərdoğanın buna cəsarəti, kürdlərin tərəfini tutması və İraq Kürdüstan Bğlgəsinin iqtisadi müstəqilliyini əldə etməsi üçün təşəbbüs göstərməsi təqdirəlayiq davranışdır.

Əgər o zaman Ərdoğanın cəsarətli mövqeyi olmasaydı, kürdlər 2014-cü ildə Malikiyə qarşı əli-qolu bağlı qalacaq, İŞİD-lə mübarizədə zəifləyəcək və bu günə indiki şəkildə gələ bilməyəcəkdilər.

Hər şey öz kontekstində qiymətləndirilməlidir. Mövzuları qarışdırıb prosesləri və dövrləri iki kimi oxumaq lazımdır.

Neft məsələsi Ərbil və Bağdad arasında siyasi mübarizədir

Hazırda İraqın 143 milyard barel neftlə dünyada 8,7 faiz paya sahibdir, lakin bunun 45 milyard barrelinin Kürdüstan bölgəsinə aid olduğu bildirilir.

İKB-dən alınan neft 2014-cü ilə qədər İraq Milli Neft Şirkəti (SOMO) tərəfindən satılıb və Ərbil rəhbərliyinə büdcədən yüzdə 17 pay verilib.

Ərbil və Bağdad hökumətləri 2006-2014-cü illər, yəni Maliki hökumətləri dövründə enerji məsələsini belə həll ediblər.

Maliki 2012-ci ildən sonra kürdlərə qarşı iqtidar mübarizəsinə başlayıb bütün ölkəni öz hakimiyyəti altına almağa çalışanda düyün qırıldı və “Pandora qutusu” açıldı.

2006-2012-ci illər arasında Ərbil və Bağdad çox yaxşı anlaşdı. Məhz buna görə də Maliki 2006 və 2010-cu illərdə kürdlərin dəstəyi ilə baş nazir olmağı bacardı. Maliki 2008-ci ildə şiə lideri Sədrlə mübarizədə qalib gələndə və Sədrə qarşı hərbi qələbə qazananda, kürd peşmərgə qüvvələrinin köməyi ilə etmişdi.

Maliki hesab edirdi ki, İraqda yalnız bir hərbi qüvvə olmalıdır. Amerikalılar da 2003-cü il müdaxiləsindən sonra bir neçə dəfə belə bir cəhd etdilər və bunun üçün İraq valisi Paul Bremer və Məsud Bərzani üz-üzə gəldilər.

Kürdlər geri addım atmayanda ABŞ İraqda tək ordu yaratmağı bacarmadı.

Maliki bunu 2012-ci ildə etmək istəyib və “Dəclə Qüvvələri” adlı hərbi qüvvə yaradıb. Bu qüvvələri şimal bölgələrində yerləşdirmək istəyəndə isə yenidən kürdlərlə üz-üzə gəldi.

Kərkük cəbhəsində Peşmərgə və “Dəclə Qüvvələri” bir neçə dəfə qarşıdurma nöqtəsinə gəlib.

O zaman Maliki Ərbili hərbi yolla diz çökdürmək üçün iqtisadi kartdan istifadə etmək istədi və onları büdcədən ayrılan vəsaitlərin azaltması ilə hədələdi. Vəziyyətin hara aparacağını görən Ərbil rəhbərliyi iqtisadi müstəqillik yolunda addımlar atmağa başladı. O dövrdə Ankara ilə münasibətləri yaxşı olduğundan İKB rəhbərlərinin səfərləri zamanı Ərdoğanla bu məsələni müzakirə ediblər. Qərar Ərdoğanın 2013-cü ilin sonuna doğru bunu səbirsizliklə gözlədiyini bildirməsi ilə verilmişdi.

2014-cü ilə qədər Maliki İraq Kürdüstanının büdcəsini kəsmişdi və kürdlər dövlət qulluqçularının maaşlarını ödəyə bilməmişdilər.

Neçrivan Bərzani bu tarixdə Ankaraya səfər etmiş və yanvar-fevral-mart aylarında məmurların maaşları üçün Türkiyədən 500 milyon kredit götürülmüşdü.

2014-cü ildə Ərbil və Ankara arasında mexanizmlə bağlı texniki danışıqlardan sonra, 2014-cü ildə Neçrivan Bərzaninin Ankaraya səfəri zamanı Ərbil və Ankara arasında 50 illik neft müqaviləsi imzalandı.Uzun müzakirələrdən sonra Neçrivan Bərzani 2014-cü il iyunun 4-də TBMM-də deputatların suallarını cavablandırıb. Bundan sonra Bərzani Türkiyə ilə enerji sahəsində 50 illik müqavilə imzaladıqlarını və müddətin daha da uzadıla biləcəyini bildirdi.

Bu razılaşma ilə Ərbil administrasiyası Türkiyədən keçən boru kəməri ilə neft nəql etmək imkanı əldə edib.

Ceyhan limanından satış başqa bir kontekstdir. Bu şəkildə Türkiyə neft satışlarının qarşısını almayacaqdı.

Ərbilin öz neftini satması, iqtisadi müstəqilliyini əldə etməsi, Bağdaddan asılı olmaması və İran siyasətinə təslim olmaması bəzi insanların qəzəbinə səbəb olub. Ona görə də o vaxt İran mətbuatı Ərbil rəhbərliyinə “oğurluq”, “korrupsiya”, “qanunsuz neft satışı”, “qaçaqmalçılıq” və s. bu kimi ittihamlar irəli sürüb.

Bu gün Türkiyə mətbuatında gördüklərimizi o zaman İran mətbuatında da gördük.

Məsələnin həqiqəti nə neft qaçaqmalçılığı, nə İraq konstitusiyasının pozulması, nə İŞİD neftinin satışı, nə Powertrans məsələsi, nə də “İraq neftinin satışı”dır.

İraq administrasiyasının açdığı iddia Ankaraya da aiddir və Türkiyənin 73-cü ildə imzaladığı və 2010-cu ildə əlavələrlə uzadılan neft kəməri sazişinin pozulması çərçivəsindədir.

Bəs Bağdad rəhbərliyinin Ərbilə qarşı qaldırdığı iddiadan söz açılırmı?

Yox. Çünki belə bir məsələ yoxdur. Ərbil və Bağdad 10 ildir ki, enerji, satış, pul, büdcə və s. məsələlərdə razılığa gələ bilmir.

Səbəb çox sadədir: Qanun yoxdur. Bəli, ölkədə hər iki tərəfi bağlayacaq qanun yoxdur. İraq prezidenti Əbdüllətif Rəşid martın 29-da TBMM-nin Təbii Qaz və Neft Komissiyasının üzvləri ilə görüşərək enerji qanununun tez bir zamanda Məclisdə qəbul edilməsini istəyib.

Problem “qaçaq neft” deyil, Ərbillə Bağdad arasında neftə nəzarətdir

Mövzu müxtəlif kanallarda şaxələndiyinə görə bir az da genişləndirək: neft qanunu var idisə, “nefti satmaq haqqı” Bağdad hökumətinə aid idisə, Bağdad 10 ildir niyə hər il bu mövzularda Ərbillə danışıqlar aparır?

Əgər qanun var idisə, Bağdad hökuməti “ya qanuna-konstitusiyaya əməl edin, ya da sizinlə müzakirə edəcək bir şeyimiz yoxdur”, deməli idi. Qanun olmadığı üçün öz aralarında mexanizm qurmağa çalışırlar. Sözügedən mexanizm bir tərəfi razı salmayanda işləmir və yenə oturub danışırlar.

İraq Konstitusiyasının 110, 111 və 112-ci maddələri neft və təbii qazla bağlı siyasət və strategiyanı formalaşdırmaq və inkişaf etdirmək üçün İİB administrasiyasına istinad edir.

Parisdəki arbitraj məhkəməsi Türkiyənin İraqla razılaşmanı pozduğuna dair qərar verib və Ankara bu qərara əməl edəcəyini açıqlayıb. Bu səbəbdən İKB-dən göndərilən neft (Kərkük nefti də daxil olmaqla) dayanıb.

Bunun üzərinə Ərbil və Bağdad yenidən masaya oturub və bəzi maddələrlə bağlı razılıq əldə olunub. Bu razılaşmaya əsasən:

1. İKB nefti SOMO tərəfindən satılacaq və onun pulu təyin olunmuş bank hesabına yatırılacaq. Hesabı Ərbil, Bağdad isə idarə edəcək;
2. SOMO Baş direktor müavini bir kürdə veriləcək və burada söz sahibi Ərbil rəhbərliyi olacaq;
3. İKB nefti əvvəlki kimi 10-20 dollara – su qiymətinə satılmayacaq, SOMO-nun təyin etdiyi qiymətə satılacaq;
4. İKB-dən neft çıxaran şirkətlərin debitor borcları da İraq hökuməti olan SOMO tərəfindən ödəniləcək;
5. İKB neftini alan şirkətlər yenidən təşkilatlanacaq və imzalanmış müqavilələrə yenidən baxılacaq;
6. Mexanizmə İraq Neft Nazirliyi və İKB Təbii Sərvətlər Nazirliyi tərəfindən təyin olunan komissiya nəzarət edəcək.

Bu yazını yazarkən İKB neftinin müştəriləri Ərbildə SOMO və İKB Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə danışıqlar aparır.

İraq Neft Nazirliyi də Türkiyədən neft axınına başlamasını xahiş edəcək. Qısa müddətdə neft axını yenidən başlayacaq və hər şey yeni mexanizmlə qaldığı yerdən davam edəcək.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Ən çox oxunanalar