Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Finlandiya ilə sərhədlərini möhkəmləndirmək üçün potensialı yoxdur...

Rusiya Finlandiya ilə sərhəddə hərbi potensial yaratmaq vədini yerinə yetirməkdə problem yaşayır...

Rusiya təkcə Ukraynadakı müharibə üçün lazım olan qoşunların cəlb edilməsində deyil, həmçinin çərşənbə axşamı NATO-ya yeni üzv qəbul edilən Finlandiya ilə sərhədin möhkəmləndirilməsində də problemlərlə üzləşib.

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalına Qərb rəsmiləri bildirib.

Rəsmilərin sözlərinə görə, Rusiyada ordu kadrlarının hazırlanması ilə bağlı problemlər var.

Rusiya etiraf etdi ki, onun daha 400 min əsgərə ehtiyacı var və bu, təkcə Ukraynadakı müharibə üçün deyil, həm də Finlandiya ilə sərhədi möhkəmləndirmək üçün lazımdır” deyə mənbələr CNN-ə bildiriblər.

Eyni zamanda, Qərb rəsmiləri Rusiya hakimiyyətinin yeni səfərbərlik dalğasını rəsmən elan etməməsini əlamətdar adlandırıblar. Mənbələr CNN-ə deyiblər: “Əhalinin növbəti səfərbərliyə tab gətirə biləcəyi və Kremlin həqiqətən də bunu sınaqdan keçirmək istəyəcəyi indi aydın deyil, lakin hazırda səfərbərliyin keçirilməməsi Rusiya hakimiyyətinin xalqın buna hecə reaksiya verəcəyini bilməməsi ilə əlaqəlidir”.

Qərb rəsmiləri Rusiya ordusunun zəif hazırlığına da diqqət çəkiblər: “Biz Belarusda rus bölmələrinin necə təlim keçdiyini gördük, lakin digər hissələrin heç bir təlim olmadan birbaşa cəbhəyə necə göndərildiyini gördük”, deyə rəsmilər bildirir.

Qeyd edək ki, çərşənbə axşamı Finlandiya rəsmi olaraq NATO-nun 31-ci üzvü oldu, bundan sonra Rusiya ilə NATO arasındakı quru sərhədi iki dəfə artaraq təxminən 2,6 min kilometrə çatıb. Bununla bağlı xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, Rusiya “qərb və şimal-qərb istiqamətində hərbi potensialını gücləndirmək” niyyətindədir.

Prezidentin sözçüsü Dmitri Peskov qeyd edib ki, Finlandiyanın NATO-ya daxil olması vəziyyətin növbəti gərginləşməsi və Rusiyanın təhlükəsizliyinə qəsddir. Peskov vurğulayıb ki, buna cavab olaraq Moskva əks tədbirlər görməyə məcbur olacaq.

Martın sonunda Bloomberg mənbələrə istinadən yazıb ki, Kreml növbəti səfərbərlik elan etmədən orduya daha 400 min müqaviləli hərbçi cəlb etməyi planlaşdırır. Oxşar rəqəmləri Rusiya nəşrləri də səsləndirib. Martın sonunda Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin 400 min hərbçinin müqavilə əsasında orduya cəlb edilməsinin mümkünlüyündən danışıb.

Fevral ayında Norveç kəşfiyyatı bir hesabatda Rusiyanın Kola yarımadasındakı Norveç və Finlandiya ilə sərhədə yaxın bölmələrdən qoşunlarının 80%-ə qədərini çıxardığını bildirmişdi. Məlumata görə, Ukraynaya göndərilən həmin 3000 əsgərin yarısı artıq ölüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Ukrayna hökumətində istefa dalğası...- Zelenski nəyə hazırlaşır?

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Putinin Roma Statusunu təsdiq edən ölkələrə səfərləri BCM-ni sıradan çıxara bilər?

Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - Yenilənib

Ən çox oxunanalar