Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Roman Abramoviç niyə Putinin müəllimi üçün Tel-Əvivdə mənzil alıb?

Bu mənzilin alınması üçün vəsaitin Putinin özü tərəfindən ödənildiyi güman edilirdi...

Yəhudi əsslli rusiyalı oliqarx Roman Abramoviç Prezident Vladimir Putinin Tel-Əvivdə yaşayan orta məktəb müəlliminə həmin şəhərdə mənzilin alınması üçün pul ödəyib.

Poliqon xəbər verir ki, bu barədə məlumatı The Washington Post qəzeti bazar günü dərc edib. Məlumatda qeyd edilir ki, bu günə qədər bu mənzilin alınması üçün vəsaitin Putinin özü tərəfindən ödənildiyi güman edilirdi.

Qeyd edilir ki, Rusiya Yəhudi İcmaları Federasiyasının prezidenti ravvin Aleksandr Barada Rusiyada çalışan The Jerusalem Post qəzetinin əməkdaşına müsahibəsində deyib ki, Abramoviçi prezidentin müəllimi Mina Yuditskaya Berliner üçün mənzil almaq üçün razı salıb. Qeyd edək ki, Mina Yuditskaya Berliner 2005-ci ildə Putinin müəllimi kimi məşhurlaşıb.

Mina Yuditskaya Berliner 1960-cı illərin sonlarında Leninqraddakı 281 nömrəli orta məktəbdə alman dili müəllimi olub. Putin 1967-1968-ci illər arasında onun şagirdi olub.

“Biz qəzetlərdə oxuduq ki, prezident Putin İsraildə olub və müəllimi ilə görüşüb və bu, çox həyəcanlı bir görüş olub”, deyə, ravvin Barada 2005-ci ildəki görüşü xatırladıb. Berliner 2014-cü ildə “Ynet” portalına verdiyi müsahibədə demişdi ki, “Mən Putinin 2005-ci ilin aprelində İsrailə gələcəyini eşidəndə Rusiya konsulluğuna getdim və dedim ki, sadəcə ona baxmaq şansı istəyirəm. Əlaqə məlumatımı onlara qoydum və o gələndə mənim üçün taksi göndərdilər”.

“Ynet” portalına verdiyi açıqlamada Yuditskaya əlavə edib ki, Yerusəlimdəki oteldə Putin ona xüsusi qarşılama təşkil edib:

“Mən onunla görüşmək istəyən İkinci Dünya Müharibəsi veteranları ilə avtobusa mindim və bizi Yerusəlimə apardılar. Onun otelinə çatanda taksidən axırıncı dəfə mən düşdüm. Mən foye ilə gedirdim və birdən bütün işıqlar üzərimdə yandı. Bütün müxbirlər mənə tərəf çevrildi və bütün veteranlar əl çalmağa başladılar”.

Barada bildirib ki, müəllimə İsrail paytaxtında, yağış yağanda tavanı daman, bərbad, 80 il əvvəl inşa olunan ictimai mənzildə yaşayırmış. O, ravvinə deyib ki, evi təmir etmək istəyir, lakin imkanı yoxdur, qızı vəfat edib, tənha qalıb. Aleksandr Barada Rusiyaya qayıtdıqdan sonra bu məsələni yəhudi icmasında iş adamları arasında qaldırıb və Abramoviç bu işi öz üzərinə götürüb.

Abramoviçin Rusiya prezidenti ilə yaxınlaşmaq üçün mənzilin pulunu ödədiyi barədə iddialara münasibət bildirən Barada, “Bu, tamamilə insanlıq məsələsidir”, deyib.
The Washington Post qəzetinin yazdığına görə, Kiprdə Abramoviçin nəzarətində olan bir şirkətdən Berlinerə 245 min dollar köçürülüb və o, Tel-Əvivin mərkəzində bu pula mənzil alıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

Daxili Qoşunların Ali Hərbi Məktəbinin adı dəyişdirilib

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Bakının əsas prospektlərindən biri təmirə bağlanır

Ən çox oxunanalar