Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Smartfonlar daim öz sahiblərini dinləyirlər...

Müasir smartfonlar öz sahiblərini daim dinləmək üçün bütün texniki vasitələrə malikdir...

Poliqon.info xəbər verir ki, bu barədə Daily Mail şirkəti NordVPN şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssislərinə istinadən məlumat yayıb.

Daily Mail qeyd edir ki, bir çox istifadəçi telefon söhbətlərinin “dinlədiyini” düşünür və bu da əvvəllər ailəsi və ya dostları ilə ucadan müzakirə etdiyi məhsulun kontekst reklamı ilə sübut olunur. NordVPN mühəndislərinə görə, bu paranoya deyil, mobil cihazlarda daim işləyən mikrofonları nəzərə alaraq çox real bir vəziyyətdir.

Bildirilir ki, bu rəqəmsal nəzarət forması evdəki müxtəlif qurğular arasında sözdə ultrasəs rabitəsini təmin edir. Televizorlar, noutbuklar, smartfonlar və digər qurğular istifadəçi haqqında məlumat ötürərək bir-birlərinə ultrasəs dalğaları göndərir.

Bir çox tətbiqin düzgün işləməsi üçün tələb olunmasa da mikrofona giriş tələb edir. Kibertəhlükəsizlik üzrə mütəxəssis Adrianus Varmenhovenin fikrincə, mikrofona giriş reklam verənlər üçün “qızıl mədənidir”, çünki cihazın sahibi haqqında onun xəbəri olmadan çox sayda məlumat toplamağa imkan verir. Smartfon məlumatları dinlədikdən sonra ultrasəs vasitəsilə evdəki digər cihazlara ötürür ki, bu da telefon danışığından sonra istifadəçinin ev kompüterində yalnız onu maraqlandıra biləcək reklamların görünməsinə səbəb olur.

NordVPN şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisi Varmenhovenin dediyinə görə, “ultrasəs” mesajların ötürülməsini hətta ağıllı qurğunun internetini söndürməklə də dayandırmaq mümkün deyil. Qorunmanın yeganə yolu üçüncü tərəf tətbiqlərinin mikrofondan istifadəsinə tamamilə qadağa qoymaqdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar