Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Rusiyanın Baxmuta hücumu kulminasiya nöqtəsinə yaxınlaşır

Amerika Müharibənin Araşdırmaları İnstitutunun (ISW) analitik hesabatına görə, Rusiyanın Luqansk bölgəsindəki hücum əməliyyatı çox güman ki, kulminasiya nöqtəsinə çatır...

Poliqon.info xəbər verir ki, hesabata görə, Rusiya ən azı üç diviziyanın birliklərinin əksəriyyətini Svatovo-Kremennaya xəttinə göndərib. Eyni zamanda, ISW analitikləri hesab edirlər ki, son bir həftə ərzində Ukraynada bütün cəbhə xətti boyunca rus bölmələrinin irəliləmə tempi azalıb.

ISW təsdiq edir ki, son bir həftə ərzində Rusiya qüvvələri taktiki uğurlara nail olmaqda davam edib, Ukrayna Silahlı Qüvvələri isə əks-hücumlarla cavab verib.

Həmçinin bildirilir ki, “Vaqner qrupu”nun Baxmuta hücumu kulminasiya nöqtəsinə yaxınlaşır.

“Son günlər “Vaqner” döyüşçüləri şəhərdə birbaşa hücumları azaldıb və Zalizyanskoye kəndini nəzarətə götürərək Baxmutun mühasirəsini genişləndiriblər”, deyə hesabatda bildirilir.

Bundan əlavə, ISW hesab edir ki, Rusiya Baxmut səbhəsində təzyiqi artıra bilər, çünki yaxınlıqda yerləşən hava-desant bölmələri hələ də hərbi əməliyyatlarda iştirak etməyib. Bununla belə, amerikalı analitiklər qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin hələ də təşəbbüsü bərpa etmək imkanı var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar