Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda səudiyyəliləri İsrailə qarşı açıq mövqe tutmağa çağırıblar

Martın 12-də İran Məclisinin iclasında Tehran və Ər-Riyad arasında münasibətlərin canlandırılması məsələsi müzakirə edilib…

Poliqon info xəbər verir ki, bu barədə Mehr Xəbər Agentliyinin məlumatında bildirilib. Agentliyin məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranSəudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası ilə bağlı danışıb. Parlamentin sədri qeyd edib ki, ölkələr arasında etimadın yaradılması əməkdaşlığın inkişafı üçün zəruri şərtdir.

Qalibaf bildirib ki, Tehran regionda və Fars körfəzində sabitliyin və təhlükəsizliyin qorunmasının kənar dövlətlərin müdaxiləsi olmadan baş tutmasını istəyir. İran rəsmisi hesab edir ki, Tehranla Ər-Riyad arasında yaranan fikir ayrılıqları kənar dövlətlərin müdaxiləsinin nəticəsidir.

Qalibaf Ər-Riyad rəhbərliyini anti-İslam İsrail rejiminin təhlükələrinə qarşı ayıq-sayıq davranmağa və sionistlərlə əlaqələrinin normallaşdırılması planına qarşı qəti və aydın mövqe tutmağa çağırıb.

İran parlamentinin sədri Çin, İraq və Omana Tehran və Ər-Riyad arasında danışıqlarda mühüm rol oynadıqlarına görə təşəkkür edib.

Xatırladaq ki, 2023-cü il martın 10-da Səudiyyə Ərəbistanıİran yeddi illik qarşıdurmadan sonra diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər. Çin iki ölkə arasında mübahisələrin həllində mühüm rol oynayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: "Məni aldatdı ki..."

Vilayət Eyvazov Xankəndiyə yeni rəis təyin etdi

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ərdoğan Türkiyəni sarsıdan cinayətdən danışdı

Türkiyəni ayağa qaldıran Narinin meyitinin yerini polislərə Zirəddin Rzayev deyib? - İddia

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Ukrayna XİN İran səfirinə sərt xəbərdarlıq etdi

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ən çox oxunanalar