Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbo ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat verib.

Görüşdə Azərbaycanın paytaxtında keçiriləcək X Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirəsi baxımından önəmi qeyd olunub.

Azərbaycan Prezidentİlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi bildirilib.

Azərbaycan-Çin münasibətlərinin bu gün strateji tərəfdaşlıq xarakteri daşıdığı diqqətə çatdırılıb.

İki ölkənin bir çox sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi, enerji, nəqliyyat-logistika, humanitar və bir çox digər istiqamətlərdə əlaqələrin perspektivləri müzakirə edilib.

Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsinin Azərbaycan Prezidentİlham Əliyevlə görüşü zamanı müzakirə olunmuş məsələlərə dair fikir mübadiləsi aparılıb.

“Şərq-Qərb”, “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

Görüşdə Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Elşad Miri masonların Bakı toplantısında iştirak edib?

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Rəcəb Tayyib Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

Ən çox oxunanalar