Cümə, 09 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pakistan polisi İmran Xanı həbs etməyə cəhd edib…

İslamabaddan bildiriblər ki, polis Pakistanın keçmiş baş naziri Xanı iqamətgahında tapmayıb…

Poliqon.info xəbər verir ki, bu barədə Pkistanın telekanalları məlumat yayıb. Geo Tv-nin İslamabadın hüquq-mühafizə orqanlarının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, Pakistanın keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanı saxlamağa hazırlaşan polis siyasətçini Lahor şəhərindəki (Pəncab əyaləti) iqamətgahında tapmayıb.

Mətbuat xidmətinin məlumatında bildirilir ki, polisPakistanın sabiq liderini “Zaman” parkındakı iqamətgahında tapa bilməyib. Xan öz kabinetində olmayıb. İqamətgahda hüquq-mühafizə orqanlarının Ədalət Uğrunda Hərəkat Partiyasının yüksək rütbəli funksioneri Seyid Şibli Fəraz qarşılayıb. O. Xanın binada olmadığını poliqslərə bildirib.

Pakistan mətbuatı yazıb ki, polis əməkdaşları Xanın iqamətgahına onu həbs etmək məqsədi ilə gəliblər. Təhlükəsizlik qüvvələri siyasətçinin Lahor şəhərindəki iqamətgahına, daim məhkəmə iclaslarında iştirak etmədiyinə görə onu nəzarətə götürmək üçün gəliblər.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında İslamabadın Ali Məhkəməsi Xanı məhkəməyə hörmətsizlikdə ittiham edib və onun zorla məhkəməyə gətirilməsi ilə bağlı qərar çıxarıb.

Bundan əlavə Pakistan polisi Xana qarşı terrorla mübarizə qanununu pozduğuna görə ittiham irəli sürüb. Qeyd olunub ki, ittihamlara səbəb siyasətçinin avqustun 20-də İslamabadda keçirdiyi mitinq zamanı polis baş müfəttişini və qadın hakimi məhkəməyə vermək vədləri olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xərçəngin səhərlər ortaya çıxan əlamətləri - Ehtiyatlı olun!

Atasını öldürən şəxsin qardaşını güllələdi - Bakıdakı qətlin təfərrüatı

UEFA Konfrans Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub -  Yenilənib

Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlərin nəzərinə

İqtisadçı ekspert: Dollar tezliklə bahalaşa bilər, manata təzyiqlər kəskin artıb...

Azərbaycanda indiyədək 1 030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - Yenilənib

Sakinlərin diqqətinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Türkiyədə yaxşı tətil keçirmək üçün hara getmək lazımdır? - Fotolar

Ən çox oxunanalar