Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban Kiyevə səfər eyməyə hazırlaşır…

Siyyarto: Macarıstan Orbanın Kiyevə səfərinə hazırlaşır və Ukrayna ilə dialoqa ümid edir…

“Macarıstanın baş naziri Viktor Orban lazımi şərait yaradılan kimi Kiyevə səfər etmək niyyətindədir. Macarıstan səfərə hazırlaşır və Ukrayna ilə dialoqa ümid edir”.

Poliqon.info xəbər verir ki, bu barədə bazar günü, martın 5-də Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Piter Siyyarto Index nəşrinə bildirib.

“Bütün ilkin şərtlər yaradılandan sonra səfər baş tutacaq. Hazırda Xarici İşlər Nazirliyi texniki hazırlıq mərhələsindədir”, deyə Siyyarto izah edib.

Nazir əlavə edib ki, Orban fevralın 9-da Brüsseldə Aİ sammitində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Bununla yanaşı, Siyyarto Macarıstanın Ukrayna ilə dialoqa hər zaman hazır olduğunu və bunun mənalı olacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Siyyarto dəfələrlə bildirib ki, Budapeşt Ukraynada dərhal atəşkəs əldə olunmasını və sülh danışıqlarının başlanmasını istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Xalq artisti: "Toya gedən rəqqasə pula görə özünü alçaldır"

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Ən çox oxunanalar