Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail energetika və təhlükəsizlik sahələrində Aİ-yə yardım edəcək

Biz bilik və bacarıqlarımızı, imkanlarımızı dostlarımızla bölüşmək istəyirik...

İsrail Ukrayna ətrafındakı hadisələr fonunda Almaniya və digər Avropa ölkələri ilə energetika və təhlükəsizlik sahələrində əməkdaşlıq etməyə hazırdır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen almaniyalı həmkarı Annalena Berbok ilə Berlindəki danışıqların ardından bildirib.

İsrail XİN başçısınını sözlərinə görə, Ukraynadakı vəziyyət təhlükəsizlik və energetika ilə bağlı Avropa ölkələri üçün siqnal olub. E.Koen əlavə edib ki, İsrail bu sahələrdə vacib oyunçudur və cari vəziyyətdə Avropa ilə əməkdaşlığı gücləndirməyə hazırdır.

“Biz bilik və bacarıqlarımızı, imkanlarımızı dostlarımızla bölüşmək istəyirik, Almaniya isə ən yaxşı dostlarımızdan biridir”, - o deyib.

Bundan əvvəl E.Koen İsrailin raket hücumu ilə bağlı erkən xəbərdarlığın ağıllı sisteminin hazırlanmasında Ukraynaya kömək edəcəklərini söyləmişdi. Diplomat bu bəyanatı Kiyevdə ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşdən sonra vermişdi.

O, həmçinin İsrailin səhiyyə və mülki infrastruktur sahəsində layihələrin həyata keçirilməsi üçün Ukraynaya 200 milyon dollara qədər kredit zəmanətləri verəcəyini də söyləyib.

Poliqon.info


Etiket: İsrail


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Ən çox oxunanalar