Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ermənistana gələn Avropa İttifaqının missiyasına sərt reaksiya verdi... - İran niyə səsizdir?

Avropa İttifaqının mülki missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq?...

Politoloq: “Rusiyanın Avropa İttifaqının Ermənistandakı missiyasından narazı olması təbiidir. Çünki həmin missiyanın əsas fəaliyyəti və məqsədi Ermənistandakı Rusiya varlığını və təsirini müəyyən etməkdir”.

“İndiki məqamda İran regionda baş verən proseslərə bir o qədər müdaxilə etmir. Çünki İranın özünə kifayət qədər zərbələr endirildi”.

Bu sözləri politoloq Turan Rzayev Ermənistana gələn Avropa İttifaqının missiyasına İranın susqunluq nümayiş etdirməsinin səbəblərini Poliqon.info-a şərh edərkən qeyd edib.

Rusiya Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlamasına sərt etiraz edir. Bu missiyanın hərbi məqsədləri olduğunu vurğulayan rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər iki faktoru önə çəkirlər. Birincisi, Brüssel RusiyaErmənistanda sıxışdırmaq istəyir. İkincisi, Brüssel hərbi missiyası vasitəsilə Ermənistan üzərindən Rusiyanın və İranın hərb mərkəzləri barədə kəşfiyyat məlumatları toplamağa çalışır.

Rusiya bu qədər etiraz edərkən, İrandan niyə səs çıxmır? Tehranın bu susqunluğunu nəylə əlaqələndirmək olar? Avropa İttifaqının mülki missiyası Ermənistanda fəaliyyətini genişləndirdikdən sonra Tehran Moskvaya qoşulmaq məcburiyyətində qalacaq?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Tehranın nəzəri Cənubi Qafqazdadır, amma əvvəlki kimi aktivlikləri müşahidə olunmur”.

Moskvanın Ermənistandakı təsirinin azalmasından ehtiyat etdiyini vurğulayan politoloq bildirib ki, buna görə də Rusiya bu narahatlığını artıq rəsmilər səviyyədə bildirməyə başlayıb:

Rusiyanın Avropa İttifaqının Ermənistandakı missiyasından narazı olması təbiidir. Çünki həmin missiyanın əsas fəaliyyəti və məqsədi Ermənistandakı Rusiya varlığını və təsirini müəyyən etməkdir. Bu missiyanın tərkibi genişlənib və tərkibində ehtiyatda olan hərbiçilər, hazırda hərbi karyerasını davam etdirən şəxslər var. Bu da ondan xəbər verir ki, missiyanın əsas məqsədi bu gün Ermənistandakı rus təsirini, eyni zamanda Rusiyanın orada hərbi varlığını təyin etməkdir. Bunu ilkin informasiyalı missiya kimi də qiymətləndirmək olar.

Rusiya bu məsələdən kifayət qədər narahatdır. Onsuz da Ermənistan Qərbə meyilli ölkədir. Yəni Paşinyan administrasiyası fonunda bunu demək olar. Digər tərəfdən də bu gün Ermənistanda Paşinyanın dəstəyi ilə günü-gündən aradan bir anti-Rusiya abu-havası var. Bütün bunların fonunda Avropa İttifaqının missiyasının da Ermənistana gəlməsi Rusiyanı haqlı olaraq kifayət qədər narahat edir.

Xatırladım ki, bir müddət öncə Ermənistan hakimiyyətinin də dəstəyi ilə Rusiyanın Ermənistandakı hərbi bazasının qarşında etiraz aksiyaları keçirildi. Bu aksiya əslinə qalanda həmin missiyanın Ermənistana gəlişi öncəsi baş verən mühüm bir hadisə idi. Bu da onu deməyə əsas verir ki, Ermənistandakı Rusiya təsirinin azaldılması istiqamətində Qərb adekvat addımlar atır. Moskva da bütün bunlardan narahatdır və Ermənistandakı təsirinin azalmasından ehtiyat edir. Buna görə də Rusiya bu narahatlığını artıq rəsmilər səviyyədə bildirməyə başlayıb.

Turan Rzayev: “İran başa düşür ki, bu məsələdə onun heç bir əlaqəsi yoxdur. Ona görə də proseslərə müdaxilə etmir”.

Bildiyimiz kimi yaxın tarixdə Tehranda Azərbaycan səfirliyinə terror hücumu oldu. İndiki məqamda İran regionda baş verən proseslərə bir o qədər müdaxilə etmir. Çünki İranın özünə kifayət qədər zərbələr endirildi. Eyni zamanda ölkədə daxili etiraz aksiyaları hələ də davam edir. İran siyasi cəhətdən kifayət qədər böhran içərisindədir. Münhen Təhlükəsizlik Konfransında da müşahidə etdik ki, oraya İranın keşmiş şahı Rza Pəhləvanın oğlu dəvət olmuşdu. Bu da yeni problemin göstəricisidir.

Bu və digər səbəblərə görə İran hazırda başqa məsələlərə yönəlib. Tehran Cənubi Qafqazdakı məsələlərə bir o qədər də fikir vermir. Yəni Tehranın nəzəri Cənubi Qafqazdadır, amma əvvəlki kimi aktivlikləri müşahidə olunmur. Həmçinin Ermənistanda anti-İran yox, anti-Rusiya abu-havası var. İranın onsuz da ciddi problemləri var, indi də Avropa İttifaqının missiyasına fikir bildirsə, bu onun üçün daha da ciddi problemlərlə müşahidə edilə bilər. İran başa düşür ki, bu məsələdə onun heç bir əlaqəsi yoxdur. Ona görə də proseslərə müdaxilə etmir”.

Nərminə UMUDLU
Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar