İsrail Müdafiə Qüvvələrinin təyyarələri avqustun 25-də kütləvi hücum zamanı Livanın şiə “Hizbullah” hərəkatının 1000-dən çox raketini vurub...
Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Həcəri X sosial şəbəkəsində məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin yüzə yaxın təyyarəsi minlərlə “Hizbullah” raketini məhv edib, onların əksəriyyəti ölkənin şimalına, digərləri isə mərkəzi ərazilərə istiqamətlənib”, deyə Daniel Həcəri bildirib.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu da Milli Təhlükəsizlik Kabinetinin fövqəladə iclası zamanı minlərlə raketin məhv edildiyini açıqlayıb. Baş nazir əlavə edib ki, İDF təhdidlərin qarşısını almaq üçün intensiv işləyir.
“Hizbullah” da öz növbəsində hərəkatın komandiri Fuad Şükrə hücuma görə İsrailə qarşı cavab zərbəsinin birinci mərhələsinin uğurla başa çatdığını bildirib.
Poliqon.info