Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan könüllüsü: "Kahramanmaraşada qida və dərmanların zərərçəkmişlərə paylanılmasında iştirak edirik"

"TIR-lar vasitəsilə Türkiyəyə gətirilən humanitar yardımların - qida və dərmanların boşaldılmasında, çeşidlənməsində, zərərçəkmişlərə paylanılmasında iştirak edirik".

Bunu "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan könüllüsü İslam Əlisoy deyib.

Onun sözlərinə görə, artıq 10 günə yaxın müddətdir ki, 100 nəfərlik könüllü heyəti ilə birgə Kahramanmaraşda fəaliyyət göstərir:

"Prezident İlham Əliyevin Türkiyədə baş vermiş zəlzələ ilə bağlı xalqa çağırışından sonra Naxçıvan Muxtar Respublikasından qardaş ölkənin Kahramanmaraş şəhərinə gəldik. Biz TIR-lar vasitəsilə Türkiyəyə gətirilən humanitar yardımları - qida, dərman mallarının boşaldılmasında, çeşidlənməsində, zərərçəkmişlərə paylanılmasında köməklik edirik".

"Bundan başqa, Türkiyə Gənclik Vəqfinin könüllüləri ilə birgə ucqar kəndlərdə qalan, yardıma ehtiyacı olan sakinlərə qida mallarının paylanılmasında, aparıb çatdırılmasında köməklik göstəririk. Beş ilə yaxındır ki, könüllü fəaliyyəti ilə məşğul olmuşam. Bir çox nominasiyalarda qalib olub, diplomlarla təltif edilmişəm. Amma mənim fikrimcə Kahramanmaraşda göstərdiyimiz fəaliyyət mənim könüllü fəaliyyətimin ən qürurverici anıdır. Sona qədər də Türkiyədə sakinlərə yardımlar göstərəcəyik", - könüllü vurğulayıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Şuşa-Laçın yolunda bulağın ətrafında yaranmış xoşagəlməz vəziyyət aradan qaldırılıb

Putin Sergey Butini XİN başçısının birinci müavini təyin edib

Bu insanlar münasibəti idarə etməyi sevirlər - Dominant bürclər

Ən çox oxunanalar