Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib...

Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.

Məşqlər zamanı bölmələrin qış şərtlərində ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları yoxlanılıb. Qarlı-çovğunlu havalar və çətin keçilə bilən ərazilər üçün nəzərdə tutulmuş təchizat, müxtəlif dağ ləvazimatları və ərzaqla təmin edilmiş hərbi qulluqçular təlim rayonunda hazırladıqları sığınacaqlarda yaşayıb gecələyiblər.

Təlim zamanı keçirilən praktiki məşğələlərdə yüksək dağlıq ərazilərdə donvurma zamanı görülən təxirəsalınmaz tədbirlər, kəskin relyefli ərazilərdə sərt iqlim şəraitində ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi qaydaları şəxsi heyətə çatdırılıb.

Şəxsi heyətin şiddətli soyuqlarda döyüş tapşırıqlarını yerinə yetirmə bacarıqlarının yoxlanıldığı taktiki-xüsusi təlimdə xüsusi təyinatlı qruplar gündüz və gecə şəraitində şərti düşmən arxasında taktiki fəaliyyətləri icra ediblər. Verilən tapşırığa əsasən qruplarla şərti düşmənin yerləşdiyi əraziyə basqın fəaliyyəti yerinə yetirilib.

Basqın fəaliyyəti zamanı yaralanan hərbi qulluqçuya çevik şəkildə tibbi yardım göstərildikdən sonra çətin keçiləbilən ərazilər üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə yaralının təxliyəsi həyata keçirilib.

Qarlı-şaxtalı şəraitdə şəxsi heyətin xizək sürmə vərdişlərinin, hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma bacarıqlarının təkmilləşdirildiyi təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Fotolar

poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar