Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Paşinyanın Münhendə “Dağlıq Qarabağ” ifadəsi işlətməsi heç nəyi dəyişmir” - Hafiz Hacıyev

Prezidenti İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakını necə dəyərləndirmək olar?..

Prezident İlham Əliyevin Münhendə əldə etdi nailiyyətlər Qarabağ məsələsində mühüm bir açar rolunu oynayacaq”.

Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Münhendə keçirilən görüşləri Poliqon.info-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün fevralın 17-19-da Almaniyada səfərdə oldu. Səfər çərçivəsində fevralın 18-də “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirildi. Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistanın baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmid də iştirak etdilər.

Ümumillikdə, prezidenti İlham Əliyevin 59-cu Münxen Təhlükəsizlik Konfransında iştirakını necə dəyərləndirmək olar? Eyni zamanda Nikol Paşinyanın Münhen Konfransında “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi nəyə işarədir?

Münhen Konfransını Poliqon.info-un əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ilə müzakirə edib.

Hafiz Hacıyev: “İlham Əliyevin Münhendə dediyi hər bir sözün çox önəmi var idi və bu sözlər mesaj kimi lazım olan ünvanlara çatdı”.

Qarabağ söhbətinin yox olduğunu vurğulayan partiya sədri bildirib ki, artıq Xankəndi Qarabağ iqtisadi zonasıdır:

“Cənab Prezidentin Münhendə keçirdiyi görüşlər ən yüksək səviyyədə olan görüşlərdir. İlham Əliyevin Münhendə dediyi hər bir sözün çox önəmi var idi və bu sözlər mesaj kimi lazım olan ünvanlara çatdı. Hesab edirəm ki, Prezident İlham Əliyevin Münhendə əldə etdi nailiyyətlər Qarabağ məsələsində mühüm bir açar rolunu oynayacaq.

Ermənistanın baş nazirinin Münhendə “Dağlıq Qarabağ” ifadəsi işlətməsi heç nəyi dəyişmir. Qarabağ söhbəti yoxdur və artıq Xankəndi Qarabağ iqtisadi zonasıdır. Biz çalışmalıyıq ki, tez bir zamanda Xankəndinə qayıdaq. Biz Xankəndinə qayıdandan sonra Paşinyan oranın həqiqətən də Azərbaycan torpağı olduğunu görəcək.

Xankəndinə səlahiyyətli nümayəndə təyin edib, orada öz işlərimizi görməliyik. Belə olandan sonra Paşinyan birdəfəlik “Dağlıq Qarabağ” ifadəsini unudacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Sumqayıtda ana üç uşağını və özünü zəhərləyib - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Ən çox oxunanalar