Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Arutyunyan Qarabağ ermənilərinin onun idarəçiliyindən narazılığını etiraf edib

Erməni separatçılar prezident İlham Əliyevin Münhendəki nitqinə operativ cavab veriblər. O, separatçıların “dövlət naziri” adlandırdıqları Ruben Vardanyanla danışıqların mümkünlüyünü rədd edib və Laçın yolunda keçid-buraxılış məntəqəsinin yaradılması niyyətini bildirib...

İlk reaksiya Qarabağın Rusiyanın nəzarətində olan hissəsində qanunsuz “prezident”in nümayəndəsi Araik Arutyunyandan gəlib. Ruben Vardanyanın Qarabağda olması və onun fəaliyyəti Qarabağ ermənilərinin daxili işidir və heç bir halda Azərbaycan hökumətinin müzakirə predmeti ola bilməz, mətbuat katibi Lusine Avanesyan bildirib.

Vardanyan da çıxış edərək Azərbaycandan ayrılma ideologiyasını davam etdirib.

Xalq istənilən çətinliklərə dözməyə hazırdır, bu sınaqlardan keçmək üçün kifayət qədər iradə və əzm sahibidir. Biz bu xalqa rəhbərlik etməyə layiq olmalıyıq. Bu çətin tarixi mərhələni keçmək üçün hər şeyimiz var: inam, iradə, ruh və birlik. İnanıram ki, ən minimal imkanla belə ruh və iradə uğur gətirə bilər. Və bunun üçün məndən asılı olan hər şeyi edəcəm. Bu, uzun yolun yalnız başlanğıcıdır, Vardanyan bildirib.

Antiazərbaycan mövqeyinin nümayişilə yanaşı, separatçıların rəhbərliyindən başqa bəyanatlar da səslənir. Fevralın 19-da Araik Arutyunyan Facebook-da çıxış edərək ciddi daxili ziddiyyətləri etiraf edib. O deyib ki, erməni icmasının idarəetmə orqanları “ictimai əhval – ruhiyyəni tam əks etdirmirlər, bəzi hallarda isə lazımi səviyyədə etimada malik deyillər ki, bu da bugünkü qeyri-müəyyənlik və daim inkişaf edən hadisələr şəraitində çox vaxt obyektiv və subyektiv narazılığa səbəb olur, daxili sarsıntılara gətirib çıxarır”, – Arutyunyan yazıb.

O, ictimaiyyətin tələbilə razılaşıb və Qarabağın erməni əhalisinin müxtəlif regionlarının nümayəndələrinin iştirakı ilə məşvərətçi orqan yaradbı. Arutyunyan bildirib ki, fevralın 23-də “təhdidlər, planlar və gələcək addımlarla” bağlı çıxış edəcək.

Fevralın 23-də Vardanyanın istefasını gözləmək olarmı? Ermənistanın şəbəkə resurslarında Arutyuyanın Vardanyanı istefaya göndərmək qərarına gəldiyi bildirilir. Ancaq “dövlət naziri”nin nitqində belə qərarın mümkünlüyünə işarə edən bir söz belə yoxdur.(Turan)

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

UEFA Superkuboku: "Atalanta" "Real Madrid"ə qarşı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay