Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cozef Baydenin Ukraynaya səfəri başa çatıb - Yenilənib

ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya səfəri başa çatıb.…

“Report” xəbər verir ki, məlumatı CNN yayıb.

Birləşmiş Ştatlar liderinin Kiyevdən Polşaya yola düşdüyü bildirilib.

Xatırladaq ki, C.Bayden fevralın 20-də gözlənilmədən Kiyevə səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

***

ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər edib.

Bu barədə “Bild”in jurnalisti Yulian Repke “Twitter” hesabında paylaşım edib.

“Bayden Kiyevdədir. Bu, Putin üçün nə qədər güclü işarədir”, - deyə Repke qeyd edib.

Bundan başqa rusiyalı hüquq müdafiəçisi Mark Feyqin də məlumat verib. “Bayden Kiyevdədir”, - deyə vurğulayıb.

Qeyd edək ki, fevralın 20-dən 22-dək ABŞ Prezidenti Co Baydenin Polşaya səfəri planlaşdırılırdı. Belə ki, fevralın 21-də onun Polşa Prezidenti Anjey Duda ilə görüşü gözlənilir.

Həmçinin Ukrayna xarici işlər naziri Dmitri Kuleba Brüsselə səfərini ləğv edib.

Eyni zamanda “Flightradar”a istinadən monitorinq kanalları xəbər verir ki, Polşa və Ukrayna sərhədi boyunca ABŞ-nin strateji kəşfiyyat təyyarələri uçur.

Ukrayna Prezidenti Volodimir Zelenski Baydeni salamlayıb.

O, bu barədə “Twitter” hesabında paylaşım edib. “Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün son dərəcə mühüm dəstək nümayişidir”, - deyə Ukrayna Prezidenti qeyd edib.

***

Prezident Adminstrasiyası, nə Ali Rada, nə də Qərb mediası hələ ki, bunu rəsmən təsdiqləməyib.

Poliqon.info xəbər verir ki, Ukrayna mediası bloqqer Mark Feyqinə istinadən bir-birinin ardınca Baydenin artıq Kiyevdə olduğunu elan edir.

Bu gün Ukrayna mənbələrində Kiyevdə “hörmətli qonaqların səfəri” səbəbindən nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və sosial şəbəklərdə küçələrin bağlanması ilə bağlı foto və videolar peyda olub. Bununla bağlı Ali Radanın üzvü Dubinski bildirib ki, BVF-nin direktoru Kristalina Georgiyevanın gəlişi ilə əlaqədar paytaxtda yollar bağlanıb. Eyni zamanda, Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik Kiyevdə “ölkənin əsas tərəfdaşlarının” olması ilə bağlı mediada fəal şəkildə açıqlamalar yayır.

Ukrayna mediası bloqqer Mark Feyqinə istinadən bir-birinin ardınca Baydenin artıq Kiyevdə olduğunu elan edir. Bununla belə, Qərb mediası belə məlumatı təkzib edib Politico-nun məlumatına görə, Co Bayden bu gün Polşaya uçur, amma Ukraynaya onun ora səfəri nəzərdə tutulurdu. Nəşr yazır ki, “çox yüksək təhlükə” səbəbindən tezliklə ABŞ prezidentinin Ukraynaya səfəri təxirə salınıb.

Bu arada, Flightradar24 portalı artıq Polşa və Ukrayna sərhədi üzərində ABŞ-ın üç kəşfiyyat təyyarələrinin uçuşunu qeydə alıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ən çox oxunanalar