Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəlzələdən sonra doğulan körpə qıza adı verilən Elvin İsazadə: “Dörd gün stres yaşadıq” 

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşok qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

İki zəlzələ nəticəsində ölənlərin sayı 38 mini keçib.

Həmin zaman zəlzələ bölgəsində hamilə qadın da dağıntılar altında qalıb. Daha sonra o, xilas edilərək xəstəxanaya yerləşdirilib. Qadının doğumu azərbaycanlı həkim tərəfindən həyata keçirilib.

Ailə dünyaya gələn uşağına azərbaycanlı həkimin adını verib.

Sözügedən həkim Elvin İsazadə Oxu.Az-ın suallarını cavablayıb.

- Həkim, neçə ildir ki, Türkiyədə çalışırsınız?

- Mən beş il əvvəl Türkiyəyə uzmanlıq üçün gəlmişdim. Təhsilimi bitirdikdən sonra burada qalıb işlədim. Hazırda Ankara Tədris və Araşdırma Xəstəxanasında uzman cərrah kimi çalışıram.

- Zəlzələ zamanı hansı bölgəyə getdiniz?

- Baş verən təbii fəlakət günü mən və digər həkim yoldaşlarım Türkiyənin Adıyaman şəhərinə getdik. Biz çox çətin şəraitdə dağıntılar altından çıxarılan yaralılara kömək edirdik. Yardımı da elə dağılmış xəstəxanada göstərirdik.

- Sosial şəbəkələrdə zəlzələdən sonra bir körpənin doğulduğu və sizin adınızın ona verilməsi barədə məlumatlar paylaşıldı.

- Bəli. Zəlzələdə zərər görən hamilə qadın dağıntılar altından çıxarılmışdı. Mən dörd gün onu müayinə etdim, səhhətini izlədim. Daha sonra körpə sağlam şəkildə dünyaya gəldi. Dörd günlük yuxusuzluq, yorğunluq və stresdən sonra bu duyğunun necə gözəl olduğunu izah edə bilmirəm.

- Ailənin uşağa sizin adınızı vermək istəməsini necə qarşıladınız? Bu barədə sizinlə məsləhətləşdilərmi, yoxsa sonradan xəbəriniz oldu?

- Yox. Ailə mənimlə məsləhətləşmədi. Sadəcə, mənə: “Körpəmizə sizin adınızı vermək istəyirik”, - dedilər. Mənim üçün bu addım xoş idi və təklifi qəbul etdim. Allah körpə qız balamıza gözəl həyat nəsib eləsin.

- Hazırda ailə hansı şəraitdədir?

- Ailə indi ev şəraitində yaşayır. Uşağın və ananın vəziyyəti yaxşıdır.

Poliqon.info


Etiket: Elvin İsazadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Ən çox oxunanalar