Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yevgeni Priqojin “trol fabriki”nin onun tərəfindən yaradıldığını etiraf edib

“Vaqner” ÖHŞ-nin sahibi Yevgeni Priqojin etiraf edib ki, o, uzun müddət “trol fabriki” kimi tanınan İnternet Araşdırmaları Agentliyini yaradıb və idarə edib…

Poliqon.info xəbər verir ki, bu barədə rusiyalı viznesmen Almaniyanın Der Spiegel nəşrinə deyib. Priqojinin sözlərinə görə, o, Rusiya informasiya məkanını Qərbdən gələn anti-Rusiya tezislərinin bayağı aqressiv təbliğatından qorumaq üçün “trol fabriki” yaradıb.

“Mən heç vaxt İnternet Araşdırmaları Agentliyinin adi maliyyəçisi olmamışam. Mən bu agentliyi yaratmışam, uzun müddət də idarə etmişəm”, deyə Priqojin Der Spiegel-in və digər Qərb nəşrlərindən olan bir qrup jurnalistin sualına cavab olaraq bildirib.

Bundan əlavə, Yevgeni Priqojin etiraf edib ki, o, “Kiberfront Z”dən olan bloqçuların işləməsi üçün binalar onlara verib. İş adamının sözlərinə görə, o, əvvəlcə onlara “mümkün maliyyə yardımı” təklif edib: “Təəssüf ki, imtina etdilər, amma boş ofislərim olduğu üçün qərargah kimi onlara hədiyyə etməkdən məmnun oldum”, deyə Priqojin sözlərini davam etdirib.

Der Spiegel “Kiberfront Z”ni Ukraynada hərbi əməliyyatlar başlayandan bəri fəaliyyət göstərən "yeni trol ordusu" adlandırıblar. Bəzi məlumatlara görə, “Kiberfront”un üzvləri Yevgeni Priqojinin barında toplaşırlar.

ABŞ hakimiyyəti Priqojinin “trol fabriki”ni 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edib. ABŞ səlahiyyətlilərinə görə, İnternet Araşdırmaları Agentliyi saxta sosial media hesabları yaradıb, bu hesablar vasitəsilə təbliğat, dezinformasiya yayıb, həmçinin ictimai rəyi manipulyasiya etməyə çalışıb. ABŞ kəşfiyyatı hələ o vaxt Yevgeni Priqojini “trol fabriki”nin yaradıcısı və rəhbəri adlandırırdılar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Ən çox oxunanalar